Covid-19 (koronavirus) pandemiyası səbəbiylə fərdi IELTS imtahanları hal-hazırda mümkün olmasa da, IELTS Indicator testini ingilis dili biliklərinizi onlayn şəkildə qiymətləndirmək üçün istifadə edə biləcəksiniz.

IELTS Indicator haqqında

Bu test ingilis dilin dörd əsas dil bacarıq sahəsini qiymətləndirən rəsmi IELTS imtahanıdır:

  • Dinləmə
  • Oxuma
  • Yazı
  • Danışıq

Siz imtahan nəticələrinizi yeddi gün ərzində alacaqsınız - hər bölmə üçün həm indikator balı, həm də ümumi imtahan balı (band score) sizə təqdim olunur. Qeyd etmək vacibdir ki, IELTS Indicator əsas IELTS imtahanının əvəzedici testi deyil.

Test necə keçirilir?

IELTS Indicator hər həftə təyin edilmiş vaxtda başlayan və müəyyən müddət ərzində tamamlanan canlı onlayn imtahandır. İmtahanın Dinləmə, Oxuma və Yazı bölmələrini bir sessiyada verirsiniz, Danışıq bölməsini isə digər bölmələrdən bir neçə gün əvvəl və ya sonrakı bir sessiyada tamamlayacaqsınız.

IELTS Indicator imtahanı hansı təşkilatlar tərəfindən qəbul olunur?

Əsas IELTS imtahanları hal-hazırda mövcud olmadığı üçün, bu çətin vaxtda müraciət edənlərin ingilis dili bacarıqlarını qiymətləndirmək üçün universitetləri və digər təhsil müəssisələrini IELTS Indicator testini qəbul etməyə cəlb edirik. Müraciət etdiyiniz universitetin (və ya digər müəssisənin) ilə IELTS Indicator nəticəsini qəbul etdiyini birbaşa həmin universitet və ya müəssisə dəqiqləşdirdikdən sonra, qeydiyyatdan keçin.

Qiymət

IELTS Indicator imtahanının qiyməti 149 ABŞ Dollarıdır (USD).

Kredit kartınızın aşağıdakı xüsusiyyətlərə sahib olduğunu təsdiqləyin:

  1. İnternet alışları / beynəlxalq əməliyyatlar üçün mövcuddur.
  2. Mövcud kartın balansı IELTS Indicator testini almaq üçün kifayət olmalıdır
  3. ABŞ dolları ilə ödəməyə imkan verən Visa, Mastercard, American Express, JCB, Dinnersclub və ya Discover kartı olmalıdır.

Əlaqəli linklar