Komputer üzərindən IELTS nədir?

Biz IELTS imtahanında iştirak etməyi sizin üçün daha asan və rahat etmişik. Komputer üzərindən IELTS imtahanında Dinləmə, Oxuma və Yazma bölmələri komputer üzərindən edilir. Danışıq bölməsi isə təlimatlandırılmış xüsusi IELTS müəllimi tərəfindən götürülür, çünki biz bunun ən effektiv üsul olduğuna inanırıq.

Komputer üzərindən IELTS tanışlıq videoları

We have created a series of online videos dedicated to computer-delivered IELTS, which will help you understand how the Listening, Reading and Writing sections appear on the computer and show you the different functionalities available. Make sure to watch the whole series, so that you feel confident and ready on your test day.

Biz sizin Dinləmə, Oxuma və Yazma bölmələrinin komputerdə keçirilməsi, əlavə funksiyalar və daha yaxşı anlamanız üçün Komputer üzərindən IELTS imtahanına həsr edilmiş çox sayda videolar hazırlamışıq. İmtahan gününə tam hazır olmaq üçün bütün videolara baxmağınızı tövsiyyə edirik.

Komputer üzərindən IELTS imtahanına necə hazırlaşmaq lazımdır?

Komputer üzərindən IELTS imtahanına hazırlaşmaq üçün biz sizin üçün ödənişsiz istifadə edə biləcəyiniz onlayn hazırlıq materiallarının siyahısını hazırlamışıq. Materiallar sizə fərqli imtahan bölmələrinə hazırlaşmağa yardım edəcək və sonda siz öz bacarığınızı onlayn tanışlıq testi ilə yoxlaya biləcəksiniz.

Dinləmə, Oxuma və Yazma hazırlıq testləri.

Başlamaq üçün bizim Take IELTS veb səhifəmizə keçin və bizim Dinləmə, Oxuma və Yazma bölmələrinə aid testlərimizlə hazırlaşın. Siz həm IELTS General Training və həm də Academic aid hazırlıq suallarından yararlana biləcəksiniz.

Bizim tanışlıq testimizdən istifadə edin

İmtahana tam hazır olduğunuzu hiss etdiyiniz zaman Komputer üzərindən IELTS tanışlıq testindən istifadə edə bilərsiniz. Tanışlıq testi formatına və növlərinə görə sizin iştirak edəcəyiniz əsas imtahana uyöundur və bu səbəbdən biz sizə tanışlıq testindən istifadə etməyi tövsiyyə edirik ki, əsas imtahan günü özünüzü daha hazır və rahat hiss edəsiniz.

Bildirmək istəyirik ki, test Dinləmə, Oxuma və Yazma bölmələrini əhatə edir və əsas imtahanda olduöu kimi 2 saat 30 dəqiqə davam edir. Siz həm IELTS General Training, həm də Academic seçə bilərsiniz.