Take IELTS with us ©

Mat Wright, British Council Photos

Bütün dünyada ingilis dilinin tədrisi və imtahan edilməsi sahəsində 80 ildən artıq təcrübəyə malikik. Dünyanın 140-dan çox ölkəsində, həyatın onlara bəxş etdiyi fürsətlərdən maksimum yararlanmaqda insanlara kömək edən ingilis dili biliklərinə yiyələnməyə yardım göstərmişik. Bu böyük təcrübəmiz nəticəsində ürəklə deyə bilərik ki, IELTS imtahanını bizimlə vermək, gələcəkdə uğur qazanmağınıza səbəb ola bilər.  

IELTS dünyada ən geniş tətbiq edilən və sizin ingilis dili biliklərinizi qiymətləndirmək üçün üz-üzə həyata keçirilən danışıq imtahanıdır. 

Milyonlarla insanın məhz British Council’da IELTS imtahanı verməsinin çoxsaylı səbəblərindən sadəcə bir neçəsini sadalayaq: 

  • Peşəkarların dəstəyi: video materiallardan və kitablardan tutmuş onlayn interaktiv kurslara qədər siz imtahanda uğurlu nəticə əldə etmək üçün ən keyfiyyətli hazırlıq materiallarına çıxış əldə edirsiniz. 
  • İstifadə üçün pulsuz mənbələr: IELTS-ə aparan Yol – British Council’ın məşhur onlayn hazırlıq kursudur. Bizimlə birgə IELTS imtahanı vermək üçün qeydiyyatdan keçdikdə, 30 saatlıq pulsuz təlimlərə çıxış əldə edirsiniz. 
  • Əlverişli imtahan tarixləri və məkanları: 100-dən çox ölkədə imtahan keçirilməsi üçün 500 imtahan məkanımız mövcuddur. Bu isə o deməkdir ki, imtahanı harada və nə vaxt vermək üçün geniş seçim imkanlarına maliksiniz. 
  • Asan qeydiyyat (bronlaşdırma): siz IELTS imtahanı üçün onlayn şəkildə qeydiyyatdan keçə və yerli valyuta ilə onlayn ödəniş seçimlərindən yararlana bilərsiniz. 
  • Sürətli nəticələr: siz IELTS imtahanı nəticələrinizi, imtahanı verdiyiniz tarixdən etibarən 13 gün ərzində onlayn şəkildə əldə edə bilərsiniz.  

IELTS imtahanı üçün necə qeydiyyatdan keçməyi öyrənin.