Bazar ertəsi 18 Yanvar 2021

 

British Council, Böyük Britaniyanın Bakıdakı SəfirliyiAzərbaycan Respublikası Mədəniyyət Nazirliyinin birgə əməkdaşlığı ilə hər il keçirilən Böyük Britaniya Film Festivalının altıncı buraxılışını elan edir.

Bu il festival, 2021-ci il 22 Yanvar və 22 Fevral tarixləri arasında onlayn formatda, CoolConnections incəsənət birliyi tərəfindən yaradılmış onlayn platformada keçiriləcəkdir. Biz ən həyəcanlı, düşündürücü və tənqidçilər tərəfindən bəyənilmiş yeni filmləri Birləşmiş Krallıqdan Azərbaycana gətiririk. British Council, Böyük Britaniya Film festivalının 2021-ci il buraxılışında, bütün cəmiyyətlərdə tam və bərabər hüquqlu üzv kimi hər kəsin təkmilləşə biləcəyi bir dünyanı təbliğ edərək, əsas diqqəti əsrarəngiz qadınların lentə köçürülmüş qeyri-adi hekayələrinə çəkir.

Böyük Britaniya Film Festivalı, filmlər vasitəsilə bərabərlik, müxtəliflik və inklüzivlik kimi başlıca dəyərlərimizə sadiqliyimizin təməl daşıdır. Bütün filmlər, Azərbaycan dilində alt yazıların müşayiətində, İngilis dilində nümayiş etdiriləcəkdir. Böyük Britaniya Film Festivalının treylerini buradan izləyə bilərsiniz: https://youtu.be/y4OluhoqZng

Filmlərə veb səhifəmizdə yerləşdirilmiş qeydiyyat linklərini izləyərək http://bit.ly/britishfilmfestival linkindən və ya daimi səhifəmiz www.britishfilmfest.az keçidindən baxa bilərsiniz.

Böyük Britaniya Film Festivalına onlayn qeydiyyat 22 Yanvar 2021-ci il tarixindən mümkün olacaqdır. Hər bir film, izlənilməyə başlandığı andan 48 saat ərzində tamamlanması şərtilə, 22 Fevral 2021-ci il tarixinədək istənilən vaxtda nümayişə açıq olacaqdır.

Bu il 16 fərqli ilhamverici film: “Yırtıcı” (Ən yaxşı Böyük Britaniya Filmi kateqoriyasında BAFTA mükafatı namizədi), “Səma üçün” (Ən yaxşı sənədli film kateqoriyasında BAFTA mükafatı sahibi), “Kişilərlə üzmək”, “Sıxışdırılmış”“Makiyaj”, “Rey və Liza”, “Mükəmməl onluq”, “Çəhrayı divar”, bundan əlavə, BAFTA ən yaxşı qısametrajlı film kateqoriyasında namizəd kimi, mükafata layiq görülmüş yeddi qısametrajlı film nümayiş etdiriləcəkdir. İlin diqqətəlayiq və nümunəvi, eləcə də mükafata layiq görülmüş “Səma üçün” filmində, qadın obrazının gözlərindən müharibə dəhşətlərinə edilən səyahətdən bəhs edilir.

British Council, 22 Yanvar və 22 Fevral tarixləri arasında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə birlikdə rəsmi Facebook və YouTube səhifələrində Azərbaycanlı film mütəxəssisləri və sevərləri üçün incəsənət sahəsində bir sıra canlı fikir mülahizələrinə rəhbərlik edəcəkdir. Mülahizələrdə Azərbaycandan bir sıra aparıcı xanım rejissorlar, prodüserlər və mütəxəssislər iştirak edəcəklər.

Biz həm də, Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım İctimai Birliyilə olan uzun-müddətli əməkdaşlığımızın bir hissəsi kimi işarə dilində Azərbaycan filmi olan “Nərgiz” ekranizasiyasını nümayiş etdirəcəyik (İngilis və Azərbaycan alt yazıları müşayiətində).

Ətraflı məlumat üçün, incəsənət işləri üzrə menecer, Dilarə İbrahimova ilə əlaqə saxlayın, dilara.ibrahimova@britishcouncil.az

About the British Council

British Council Birləşmiş Krallığın mədəniyyət üzrə əlaqələr və təhsil imkanları sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatıdır. Biz Birləşmiş Krallıq və digər ölkələrin xalqları arasında dostluq və qarşılıqlı anlaşma münasibətləri yaradırıq. Biz bunu Birləşmiş Krallığa və birgə çalışdığımız ölkələrə müsbət töhfələr verərək - imkanlar yaratmaqla insanların həyatını dəyişərək, əlaqələr quraraq və inam yaradaraq edirik. Biz dünyanın 100-dən çox ölkəsində mədəniyyət və incəsənət, ingilis dili, təhsil və vətəndaş cəmiyyəti sahələrində fəaliyyət göstəririk. Keçən il 80 milyondan çox insana üz-üzə və ümumilikdə 791 milyon insana onlayn, yayımlar və nəşrlər vasitəsilə səsimizi çatdırmışıq. Təşkilatımız 1934-cü ildə təsis edilmişdir. Birləşmiş Krallığın Kral Xartiyası tərəfindən idarə edilən xeyriyyə təşkilatı və Birləşmiş Krallığın dövlət qurumuyuq. 

See also