Mükəmməl onluq
Haqqında heç bir zaman eşitmədiyi ögey qardaşının gəlişi ilə  istedadlı yeniyetmə gimnastın dünyası alt-üst olur.
Date
Cümə 22 Yanvar 2021 - 00:00 - Bazar ertəsi 22 Fevral 2021 - 00:00
Location
Onlayn tədbir

Film haqqında 

14 yaşlı Li (yeni oyunçu Frenki Boks) Brayton yaxınlığında laqeyd atası ilə birlikdə yaşayır. Özünə inamının olmamasına, bəzi gimnast dostlarına və ödəniş üçün pulunun az olmasına baxmayaraq ilk müsabiqəsinə səylə çalışan istedadlı bir gimnastdır.

Bir gecə özündən böyük ögey qardaşı onun evinə gələn zaman Linin tənha həyatı dəyişir. Li istədiyi diqqəti özünə cəlb etdikcə inamsızlıq tədricən həyəcan dolu yeni hisslərə çevrilir. Amma o motosiklet oğurluğu kimi təhlükəli və həyəcanlı bir cinayətlə üz-üzə qalır.

Rejissor Eva Raylinin debüt filmində bacı-qardaş münasibətlərinin səmimi həssaslıqla araşdırıldığı, yetkinlik dövrü haqqında əminlik və ruh yüksəkliyi yaradan hekayə təqdim edir. Parlaq visual üslub və onu müşayiət edən canlı musiqi bu özünəməxsus, həssas yeniyetmənin portretini tamamlayır.

Necə izləməli

Bizim platformamızda izləyin.

Böyük Britaniya Film Festivalına onlayn qeydiyyat 22 Yanvar 2021-ci il tarixindən mümkün olacaqdır. Hər bir film, izlənilməyə başlandığı andan 48 saat ərzində tamamlanması şərtilə, 22 Fevral 2021-ci il tarixinədək istənilən vaxtda nümayişə açıq olacaqdır.

Ətraflı