ABŞ-ın Azərbaycandakı səfirliyi ilə birgə təşkil etdiyimiz, Azərbaycanda əlilliyi olan şəxslərin işə qəbulunu necə təşkil etməli adı altında iki hissəli onlayn görüşə start veririk. İkinci hissə ABŞ-ın Azərbaycandakı səfirliyinin rəsmi Facebook səhifəsində yayımlanacaqdır.
Mark Qreyin vasitəçiliyilə aparılacaq onlayn görüşdə əlilliyi olan şəxslərin işə qəbul mərhləsində üzləşdikləri çətinliklərdən və onlar üçün daha parlaq karyera imkanlarından söhbət açacağıq. Onlayn görüş British Council Müxtəliflik həftəsinin bir hissəsidir.
Onlayn görüş 4 Dekabr, Cümə saat 18.00 tarixində başlayacaq (Bakı vaxtilə)
Spikerlərimiz
Mark Qrey (moderator)
Mark Birləşmiş Krallıqda fəaliyyət göstərən əlillik mövzusunda müxtəlif mülahizələrlə çıxış etmiş, müstəqil konsultant, qonaq qismində mühazirəçi və təlimatçıdır. O, yenilikcə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, British Council ilə birgə hazırladığı "Azərbaycanda əlilliyi olan şəxslərin işə qəbulu" mövzusunda raport təqdim etmişdir.
Tamam Bayatlı
Tamam BP Azərbaycanda kommunikasiya və sosial sərmayələr üzrə meneceridir. Tamam jurnalistika sahəsində təcrübəyə və dilçilik üzrə fəlsəfə doktoru dərəcəsinə sahibdir. Onun BP Azərbaycan şirkətində , kommunikasiya sahəsi üzrə 25 ildən artıq təcrübəsi vardır. Şirkətin KİV və pres-relizlə əlaqədar fəaliyyətinə, daxili və xarici kommunikasiya məsələlərinə, sosial sərmayə strategiya və tədbirlərinə nəzarət edir.
Emin Məhərrəmi
Emin ADA Universiteti biznes məktəbini bitirərək biznesin idarə olunması sahəsi üzrə magistrant adını qazanmış, Qafqaz Universiteti biznesin idarə olunması fakültəsini bitirmişdir, eyni zamanda CIPS sertifikatına sahibdir. O Əlilliyi olan Şəxslərin Məşğulluq Qabiliyyətlərinin Artırılması layihəsinin iştirakçısı və məzunu kimi onlayn görüşdə bizə qoşulacaqdır.
Sabir Qocayev
Sabir Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, əlillik siyasəti şöbəsinin rəhbəridir.
Böyük Britaniyanın Bakıdakı səfiri, cənab Ceyms Şarp (qonaq spiker)
Ceyms 2019-cu il sentyabr tarixindən etibarən Böyük Britaniyanın Bakıdakı səfiri kimi fəaliyyət göstərir. O, hal-hazırki vəzifəsini icra etməzdən öncə Şərqi Avropa və Mərkəzi Asiya İdarəsinin siyasi müşaviri, Böyük Britaniyanın Qazaxıstandakı səfiri və Qırğızıstanın isə qeyri-rezident səfiri olmuşdur.