Proqramın 1-ci fazasının iştirakçıların 50 faizi işlə təmin olunmuşdur və ya ödənişli təcrübələrdə iştirak etmişdir.

Əlilliyi olan Şəxslərin Məşğulluq Qabiliyyətlərinin Artırılması proqramının 2-ci fazası BP və onun tərəfdaşlarının sosial investisiya layihələri çərçivəsində həyata keçirilir və British Council tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin dəstəyi ilə icra olunur.

Layihənin qiymətləndirməsini aparmaq istəyən mütəxəssislər üçün:

Layihənin ümumi qiymətləndirilməsini aparacaq istəyən seçilmiş mütəxəssis olmaq üçün, müəssisələr/şəxslər texniki tapşırıqların şərtləri ilə tanış olaraq müraciət edə bilərlər. Layihə çərçivəsində nəzərdə tutulan xidmətin həyata keçirilməsi üzrə təkliflərin qəbulu:

Xidmətin adı Son qəbul tarixi
Seçilmiş mütəxəssis layihənin ümumi qiymətləndirilməsini aparacaq 20 iyun 2020

Müraciət etmək üçün, səhifənin aşağıdakı bölmədə yerləşən sənədləri doldurun və layihənin meneceri Sevinc Ağazadəyə sevinj.aghazada@britishcouncil.az e-poçt ünvanı ilə göndərin.

Proqramın məqsədi:

Proqramın əsas məqsədi Bakıda yaşayan, əlilliyi olan şəxslərin məşğulluq bacarıqlarını inkişaf etdirməklə onların iş imkanlarını genişləndirməkdir. Bu məqsədə nail olmaq üçün layihənin iştirakçıları ingilis dili, kompüter, sosial bacarıqlar və spesifik işlər üçün bacarıqların inkişaf etdirilməsi üzrə təlimlərə cəlb ediləcəklər. Layihə çərçivəsində iştirakçılara həm də psixoloji dəstəyin göstərilməsi və müvafiq məsləhətlərin verilməsi nəzərdə tutulmuşdur. Proqramın həyata keçirildiyi müddətdə proqram iştirakçılarına zəruri istiqamətləndirmə və məsləhət xidmətlərinin təmin edilməsi məqsədilə iştirakçıların bilik və bacarıqları hərtərəfli qiymətləndiriləcək. 

Proqram çərçivəsində 100 nəfər əlilliyi olan şəxsin məşğulluq bacarıqlarının inkişaf etdirilməsinə yönəlmiş çoxsaylı tədbirlər həyata keçiriləcək, habelə onların potensial keyfiyyətli işçi qüvvəsi kimi müxtəlif müəssisələr tərəfindən tanınmasına dəstək göstəriləcəkdir. Layihə çərçivəsində müvafiq istiqamətdə fəaliyyət göstərən qərarverici tərəflər, biznes müəssisələri tərəfdaş qismində layihəyə cəlb ediləcəkdir. Bizneslərin və işəgötürənlərin məlumatlılığının artırılması və Birləşmiş Krallığın aidiyyatı sahə üzrə təcrübəsindən faydalanmaq üçün British Council tərəfindən Birləşmiş Krallıqdan olan təcrübəli ekspert Azərbaycana dəvət ediləcəkdir.