Bazar ertəsi 10 Fevral 2020

Selector Live – Birləşmiş Krallığdan ən səs-küylü musiqiçilərin canlı performansları ilə - #selectorradio layihəsinin səsini bütün dünyadakı musiqisevərlərə çatdırır.

Selector dünyanın müxtəlif ölkələrindən olan auditoriya ilə daim dəyişən Birləşmiş Krallıq mədəniyyəti arasında körpü rolunu oynayır, Bristol, Belfast, Kardiff və Qlazqo kimi şəhərlərin mərkəzinə virtual səyahətə çıxarır.

Bu ilki yeni eklektik ruha malik liveset - women.sound.waves, JAMZ SUPERNOVA (Selector Radio / UK), HOLLY LESTER (Duality Trax / UK), INHEROOM  və DIHAJ’ın müşayiətində müasir musiqidə Birləşmiş Krallıq və Azərbaycandan olan istedadlı qadınların musiqilərini bir məkanda birləşdirir və onların fəaliyyətini dəstəkləyir.

Liveset Pullman Baku otelində (Tower Residence 1), saat 21.30-da, 21 Fevral 2020 tarixində baş tutacaq. 100 ədəd biletin iTicket onlayn platformasından alışı mümkün olacaq. Qalan hissəsi isə saat 21.00-dan sonra məkanda əldə edilə bilər.

Liveset haqqında daha ətraflı məlumat.

Bundan əlavə, British Council tərəfindən TUĞKAN MUTLUNUN rəhbərliyilə iki günlük intensiv Selector PRO təlimi keçiriləcək. İştirakçılar təlimdə Ableton proqramı vasitəsilə professional şəkildə musiqi yaratmaq üçün faydalı məlumat və vasitələrlə təmin olunacaqlar. Təlimlər, qəlyanaltı daxil olmaqla, YARAT Müasir İncəsənət Mərkəzində 20-21 Fevral tarixində, saat 11.00-dan 17.00-dək keçiriləcək.

Eyni zamanda 21 Fevral, 19.00 tarixində, Pullman Baku’da, JAMZ SUPERNOVA, xüsusilə DJ’lərə özəl iki saatlıq Selector PRO təliminə rəhbərlik edəcək.

Həm Jamz Supernova, həm də Tuğkan Mutlunun təlimlərinə verilmiş linkdə qeydiyyatdan keçə bilərsiniz.

KİV nümayəndələrini British Council Azərbaycanın ölkə üzrə rəhbəri cənab Samr Şah və tərəfdaşlarımız iN Club, YARAT, ASAN Radiodan nümayəndələrimizin də iştirak edəcəyi qısa media-brifinqə dəvət edirik. Media-brifinq 20 Fevral, Cümə axşamı saat 12.00-da Yarat! Müasir İncəsənət Mərkəzində baş tutacaq.

Təşkilati dəstəkçimiz Sektoreeight by iN, Bakı elektronik musiqi səhnəsində Ten Walls, Sound Button, Boiler Room və başqaları kimi digər mühüm musiqiçilərlə əməkdaşlıq edən aparıcı qurumdur. Tədbir rəsmi Selector Radio yayımçısı ASAN Radio  və YARAT Müasir İncəsənt Məkanının dəstəyilə həyata keçirilir.

Musiqi layihəmizin əsas hədəfi rəngarəngliyi və müxtəlifliyi ilə seçilən İngilis sənətkarlarının Bakıya gətirməkdir. Əvvəlki illərdə 30 ölkədə Actress, Ghostpoet, Max Cooper, Rosie Lowe, Kojey Radical, Gaika, Penelope Isles and the London Contemporary Orchestra kimi yenilikçi istedadlarla birlikdə çalışmışıq.

Daha çox mılumat üçün əlaqə saxlayın:

Dilarə İbrahimova│İncəsənət Layihələr üzrə Menecer |  dilara.ibrahimova@britishcouncil.az

Notes to Editor

Selector Radio Birləşmiş Krallıqdan ən yaxşı səsləri və ilk addımlarını atan musiqiçiləri bütün dünyada 30-dan çox ölkədə tanıdır, hər həftə azərbaycanlı və ingilis musiqi sevərlərdən ibarət qlobal cəmiyyəti bir-birilə birləşdirir. Biz yeni və əyləncəli olduğu təqdirdə, janrından asılı olmayaraq, istənilən musiqiçi və ya qrupun əsərlərini yayımlayırıq. Caz, qraym, indi, elektronika və ya onların vəhdəti, hər həftə əsl eklektik musiqi silsiləsi reallaşdırırıq və İngilis musiqi dünyasında liderlik edən şəxslər və qurumlarla ayaqlaşmağa çalışırıq. Azərbaycanda layihə ASAN Radio 100FM- də DJ BAZAUR tərəfindən təqdim edilir. DJ BAZAUR İngilis konsertlərindən ən yaxşı musiqi nümunələrini, eyni zamanda məlumatları seçir və paylaşır.

Selector PRO həm peşəkarları, həm də geniş ictimaiyyəti müasir cəmiyyətin musiqi tendensiyaları, o cümlədən, Birləşmiş Krallığın musiqi sənayesinin spesifik xüsusiyyətləri barədə maksimal dərəcədə məlumatlandırmaq məqsədi daşıyır.  Tədbir "British Council"ın təşəbbüsü ilə hazırlanmış, Birləşmiş Krallığın ən yaxşı musiqi nümunələrini Azərbaycan auditoriyasına təqdim etmək məqsədi daşıyan radio-şounu və silsilə "Selector Live" əyləncə gecələrini özündə ehtiva edən "Selector" musiqi proqramının nəticəsi hesab edilir.

Birləşmiş Krallığın ən aparıcı yeni nəsil DJ’lərindən biri olan JAMZ SUPERNOVA-nın (Selector Radio UK) öz incəsənətinə böyük sevgisi var. Nina Las Vegas, Toddla T, Diplo and Annie Mac kimi musiqiçilərdən ilham alaraq, Sonar, Parklife, Detonate, El Dorado, Nass, Farr, Lovebox, Beat Herder, Bestival, Ibiza Rocks, and Lost & Found kimi məkanlarda öz musiqisilə səhnəni canlandırmışdır. JAMZ, Avropa musiqi mühitinə də yaxşı bələddir və Berlin, Lissabon, Kopenhagen, Budapeşt, Barselona, Porto, Paris, Amsterdam və Oslo kimi şəhərlərdə öz fəallığı ilə seçilib. O, eyni zamanda 2019-cu ildən, Selector Radio proqramı çərçivəsində Birləşmiş Krallığı təmsil edir. 

Əslən İrlandiyanın məşhur elektronik musiqi mərkəzindən olan Holly Lester (Duality Trax UK) qısa müddətdə Birləşmiş Krallıq elektronik musiqi səhnəsində ad qazana bilmişdir. Yalnız 2018 – ci ilin son yarısında, Holly, Job Jobse və Mano Le Tough’la birlikdə Belfast şəhərinin AVA Festivalında debüt Boiler Room çıxışlarını həyata keçirməyə nail olmuşdur.

DİHAJ, 2014-cü ildə Bakıda yaradılmış elektronik musiqi layihələrindən biridir. Qrup üzvlərinin hər birinin fərqli musiqi keçmişi olduğundan, əsərləri olduqca eklektikdir. Buna görə də onlar heç vaxt öz musiqilərini hər hansısa xüsusi bir janra aid etməmişlər. Sadəcə doğru hesab etdiyin musqini ifa et, şərh isə dinləyicilərə qalsın, elə deyil mi?

INHERROOM (Nəzrin M), musiqisi təcrübənin kəşfindən ibarət olan hərtərəfli sənətçidir. O, təsviri incəsənət, səs-dizaynı, ifaçılıq sənəti kimi müxtəlif üsulları öz musiqisində birləşdirir və  digər bilik və elmlərlə qarşılıqlı dialoqda daha geniş elmlərarası anlayışı əhatə edir.

TUĞKAN MUTLU yaradıcı sahədə 10 ildən artıq təcrübəyə malik prodüser, promouter, ifaçı qrafik dizayner və müəllimdir. O, sizinlə öz əsərlərinizi yaratmaqda faydalı olacaq məsləhətlər paylaşacaq. Tuğkan dBs Bristol Musiqi Kollecində elektronik musiqi üzrə dərəcəyə sahibdir. O, bu vaxt çərçivəsində Avstraliya və Böyük Britaniyada DJ Chuckie, Nic Fanciulli, Rebuke kimi musiqiçilərlə eyni səhnəni bölüşmüşdür. Bristolun 1020 Radiosu və Mi Casa Su Casa’da daimi sakin olan Tuğkan, hal-hazırda dBs Music Kollecində çalışır. Bundan əlavə Saffron Records’da Ableton proqramı üzrə təlimlər həyata keçirir. 

iN/Sektoreight elektronik musiqi səhnəsində daim inkişafa səy göstərən qurumdur. 2019-cu ildə iN Records adlı musiqi studiyasının açılmasına nail olmuşdur. iN Bakıda elektronik musiqi səhnəsində liderdir. Ten Walls, Sound Button, Boiler Room və digərləri kimi musiqiçilərlə əməkdaşlığı buna sübutdur.

YARAT Müasir İncəsənət Məkanı qeyri-kommersiya təşkilatıdır. YARAT Qafqazda, Mərkəzi Asiyada və ətraf regionlarda müasir incəsənətin təbliğatı, tədqiqatı və inkişafı ilə məşğul olan daimi müasir incəsənət məkanıdır.

About the British Council

British Council Birləşmiş Krallığın mədəniyyət üzrə əlaqələr və təhsil imkanları sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatıdır. Biz Birləşmiş Krallıq və digər ölkələrin xalqları arasında dostluq və qarşılıqlı anlaşma münasibətləri yaradırıq. Biz bunu Birləşmiş Krallığa və birgə çalışdığımız ölkələrə müsbət töhfələr verərək – imkanlar yaratmaqla insanların həyatını dəyişərək, əlaqələr quraraq və inam yaradaraq edirik. Biz dünyanın 100-dən çox ölkəsində mədəniyyət və incəsənət, ingilis dili, təhsil və vətəndaş 

cəmiyyəti sahələrində fəaliyyət göstəririk. Keçən il 80 milyondan çox insana üz-üzə və ümumilikdə 791 milyon insana onlayn, yayımlar və nəşrlər vasitəsilə səsimizi çatdırmışıq. Təşkilatımız 1934-cü ildə təsis edilmişdir. Birləşmiş Krallığın Kral Xartiyası tərəfindən idarə edilən xeyriyyə təşkilatı və Birləşmiş Krallığın dövlət qurumuyuq.

See also