Cümə 26 July 2019

British Council innovativ start-up ideyaların və biznes bacarıqlarının inkişaf etdirilməsi üçün gənc şəxsləri (18-35 yaş arası) təşviq etmək məqsədilə özünün ən böyük video- təqdimat müsabiqəsi olan Big Idea Challenge müsabiqəsini həyata keçirmişdir. Bu gələcək nəsli biznes ideyalarının inkişaf etdirilməsi bacarığı ilə təmin edən Creative Spark: Ali Təhsil Müəssisəsi Proqramının bir hissəsidir.

Qaliblər biznes təhsili və kreativ sahibkarlıq sahəsində təcrübəli yerli və beynəlxalq münsiflər paneli tərəfindən seçilmişdir. “Xalq səsverməsinin qalibi”-ni seçmək üçün cəlb edilmiş 40 000-dən çox şəxs səsvermədə iştirak etmişdir.

Kateqoriya Qalibin adı (adları) Qalib gəlmiş təqdimat
Yaradıcılıq

Minirə Musayeva

Zəhra Qarayeva

Edible Bouquets
Rəqəmsal Texnoloqiya

Cavid Bağırzadə

Solmaz Fətullayeva

Smart Parking
Sosial Təsir Sevan Məhəmmədpur Boom, Filter and Tank
Xalq Səsverməsi

Elvin Quliyev

İsmayil Cəmilli

Cabbar Paşazadə

Music is Life
Ölkə üzrə Çempionu Sevan Məhəmmədpur Boom, Filter and Tank

Müsabiqə aprelin 2-dən iyunun 9-a qədər Cənubi Qafqaz ölkələrində, Mərkəzi Asiya ölkələrində və Ukraynada keçirilmişdir. 800-dən çox namizədin ilkin seçim mərhələsindən uğurla keçdiyi müsabiqədə minlərlə gənc sahibkar iştirak etmiş, 48 ali təhsil müəssisəsi və yaradıcı müəssisə isə bu təşəbbüsü dəstəkləmişdir. Gənc sahibkarlar üç kateqoriyada mübarizə aparmışdır: Rəqəmsal Texnologiya, Sosial Təsir və Yaradıcılıq.

Ölkə çempionları “start-up” büdcəsi kimi nəzərdə tutulmuş 25 000 funt-sterlinq dəyərində pul mükafatını bölüşəcək, eyni zamanda, onların təliminə dəstək göstəriləcək və Birləşmiş Krallıqa (Oksford və London) maliyyələşdirilmiş təlim səfəri təmin ediləcək. Bütün kateqoriya qaliblərinin öz ideyalarını inkişaf etdirməsi və reallaşdırması üçün onlara Birləşmiş Krallığın ekspertlər tərəfindən kompleks marketinq, biznes dəstəyi və təlim təşkil ediləcək. Qalib gəlmiş iştirakçılara Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (WIPO) sahibkarların öz biznes ideyalarını qoruyub saxlamasına yardım etmək üçün əqli mülkiyyət kursları keçiriləcək.

British Council-ın Təhsil və Cəmiyyət üzrə Şərqi Avropa regiondakı direktoru, Richard Everitt, bu haqda bildirir:

“Biz Creative Spark proqramının bir hissəsi kimi 500-dən çox yeni biznes ideyasının yaranması və proqram ölkələrində heyrətamiz yaradıcılıq gücünə malik istedadlı şəxslərin kəşf edilməsi üçün London Metropolitan Universiteti ilə birgə əməkdaşlıqdan məmnunluq hissi duyuruq.”

Notes to Editor

Müsabiqənin finalına çıxmış bütün iştirakçılar sosial sahibkar Leyla Seyidzadə və Youth Inc. təşkilatının əməkdaşı Edmund Hillary tərəfindən keçirilmiş biznes və sahibkarlıq təlimində iştirak etmişdir.

Big Idea Challenge müsabiqəsi haqqında daha çox məlumat əldə etmək üçün aşağıdakı veb-səhifəyə daxil olun:

https://www.britishcouncil.az/programmes/education-society/creative-spark/big-idea-challenge

For further information, please contact:

Creative Spark haqqında

Creative Spark Mərkəzi Asiya ölkələrində, Cənubi Qafqaz ölkələrində və Ukraynada (ümumilikdə yeddi ölkədə) biznes bacarıqlarını və yaradıcı iqtisadiyyatı inkişaf etdirmək məqsədilə nəzərdə tutulmuş beş illik təşəbbüsdür.

Proqram gənclərin beynəlxalq şəbəkələrə, bazarlara və resurslara daha yaxşı çıxışını təmin etmək üçün diqqəti üç sahəyə yönəldir:

  • Birləşmiş Krallığın universitetləri, yaradıcı müəssisələri və proqram ölkələrində bunlara ekvivalent qurumlar arasında tərəfdaşlıq münasibətlərinin inkişaf etdirilməsi-bu il proqrama cəlb olunmuş 90 tərəfdaş qurumun hamısı layihə üzrə öz təcrübələrini, öyrəndiklərini və öz layihələrinin gələcək inkişafı ilə bağlı fikirlərini bölüşmək üçün Oksford Universitetində toplaşacaqlar.
  • Tələbələrə, məzunlara və yaradıcı sahibkarlara ideyaların təqdim edilməsi və biznesin qurulmasından başlayaraq əqli mülkiyyətin qorunması və maliyyə dəstəyinin təmin edilməsinə qədər sahibkarlıq bacarıqları ilə bağlı təlim paketinin təklif olunması- cəlb olunmuş hər bir şəxs Birləşmiş Krallıq əsaslı peşəkar inkişaf kursları ilə proqram ölkələri boyunca onlayn “təşəbbüsün təqdim edilməsi müsabiqəsi”ndə iştirak edə biləcəklər.
  • Dilin tədrisinə dair bir sıra yeni rəqəmsal vasitələrlə ingilis dilini öyrənmə proqramının təklif olunması Bura "English Channel" platformasında təlim paketləri, onlayn kurslar, sahibkarlıq fəaliyyəti üçün ingilis dilinin öyrənilməsinə istiqamətlənmiş yeni "Geniş kütlə üçün açıq olan onlayn kurslar" (MOOC) və ingilis dili klubları daxil olacaq.

About the British Council

British Council Birləşmiş Krallığın mədəni əlaqələr və təhsil imkanları üzrə beynəlxalq təşkilatıdır. Biz 100-dən çox ölkə ilə incəsənət və mədəniyyət, ingilis dili, təhsil və vətəndaş cəmiyyəti sahəsində əməkdaşlıq edirik. Keçən il səsimizi 75 milyondan çox insana birbaşa yolla, ümumilikdə 758 milyon insana isə onlayn şəkildə, yayımlar və nəşrlər vasitəsilə çatdırmışıq. Biz əməkdaşlıq etdiyimiz ölkələrə töhfəmizi veririk – imkanlar yaradaraq, əlaqələr quraraq və etibarımızı möhkəmlədərək insanların həyatını dəyişirik. Təşkilatımız 1934-cü ildə təsis edilmişdir. Birləşmiş Krallığın Kral Xartiyası əsasında fəaliyyət göstərən xeyriyyə təşkilatı və Birləşmiş Krallığın dövlət qurumuyuq. Biz Birləşmiş Krallıq hökumətindən 15% əsas maliyyələşdirmə qrantı alırıq.

www.britishcouncil.az

British Council Bərabərlik, Müxtəliflik və İnklüzivlik prinsiplərinin tərəfdarıdır.

See also