7-11 yaşlı uşaqlara ingilis dilinin tədris edilməsinin əsaslarını öyrənin və tələbələrinizin tam potensiala nail olmalarına yardım edin.
Uşaqlar getdikcə daha kiçik yaşlardan ingilis dilini öyrənməyə başlayırlar. İngilis dilinin tədrisi üzrə İbtidai tədrisin əsasları kursu onlara müvəffəqiyyətlə dərs keçmək üçün sizi zəruri vasitələrlə təchiz edəcək. Kursda siz ibtidai ingilis dili tədrisinin prinsip və praktikasını öyrənəcək və ibtidai ingilis dili tədrisində qarşılaşdığınız problemləri aradan qaldırmaq üçün praktik həllər əldə edəcəksiniz.
Bu kurs Britaniya Şurasının təcrübəli təlim müəllimi tərəfindən aparılır. Siz lazım olan dəstəyi və fərdi diqqəti əldə edəcəksiniz. Onlaynın kursun çevikliyi sayəsində və ingilis dili müəllimləri və mütəxəssisləri icmasının üzvünə çevrilməklə siz istədiyiniz zaman və istədiyiniz yerdə dərs ala və sizin üçün münasib olan vaxtda peşəkar müzakirələrdə iştirak edə bilərsiniz.
BU KURSDA DÜNYANIN APARICI İNGİLİS DİLİ MÜTƏXƏSSİSLƏRİNDƏN DƏRS ALIN VƏ:
- İbtidai səviyyəli şagirdlər üçün ən yaxşı öyrənmə mühitini yarada bilmək üçün sinfin idarə olunması bacarıqlarına yiyələnin.
- Şagirdlərin fəal olmaları üçün video, audio və sosial mediadan istifadə etməyi öyrənin.
- Uşaqların öyrənmələrinə təkan vermək məqsədilə mahnı və oyunların istifadə olunması üsullarını müəyyən edin.
- Dərslərin planlaşdırılmasını kiçik yaşlı uşaqlar üçün kurikulumla əlaqələndirməyi öyrənin.
İnanılmaz təcrübə yaşadım. Dərslərim daha dinamik və maraqlı olub.”