Tələbələrinizin hər biri üçün ən yaxşı öyrənmə imkanlarını yaradın və sinifdə xüsusi ehtiyacları olan tələbələrlə daha effektiv işləyə bilməniz üçün inam aşılayın.

Bütün tələbələrin, ələlxüsus xüsusi qayğıya ehtiyacı olan tələbələrin ehtiyaclarına cavab verən inklüziv dərs keçməyin müəllimlər üçün necə çətin olduğunu bilirik. Bu onlayn kurs daha çox rast gəlinən ümumi ehtiyacları müəyyənləşdirməkdə sizə yardım edəcək və siz sinifdə istifadə edə biləcəyiniz praktik ideyalara yiyələnəcəksiniz.

Kurs sərbəst surətdə istifadə edilə bilər və dərs qrafikinizi əhatə etmək üçün sizə çevik imkan yaradır. Siz kursa elə bu gün dünyanın istənilən yerində başlaya və olduğunuz yerdə öyrənə bilərsiniz. Kursu bütünlükdə öyrənin və ya sizə uyğun konkret bölmələri seçin.

BU KURSDA DÜNYANIN APARICI İNGİLİS DİLİ MÜTƏXƏSSİSLƏRİNDƏN DƏRS ALIN VƏ:

  • Tələbələrin xüsusi ehtiyaclarını müəyyən etməyi öyrənin.
  • Sinifdə müxtəlif xüsusi ehtiyaclara cavab verən bacarıqlara yiyələnin.
  • İnklüziv dərslərin planlaşdırılmasında və tədris edilməsində, eləcə də qiymətləndirmədə özünüzü inamlı hiss edin.
  • Tələbələrinizin hamısının tam potensiala nail olmalarını təmin edin.

Əvvəllər elə düşünürdüm ki, bəzi tələbələrim kölgədə qalır, ancaq XTE kursunda iştirak etdikdən sonra indi fərqi və BÜTÜN tələbələrimin yaxşı inkişaf etdiklərini görürəm.”