Məktəblərin bağlanması ilə əlaqədar bütün dünyada müəllimlər eyni çətinliklərlə üzləşirlər. Biz sizə peşəkar inkişafınızın üzərində işləməyiniz və dərslərinizi onlayn mühitə köçürməyiniz üçün bir sıra ödənişsiz onlayn resurlar təklif edə bilərik.

İBTİDAİ SİNİF MÜƏLLİMLƏRİ ÜÇÜN TƏDRİS PLANLARI

Burada, istəyinizə uyğun olaraq, xüsusilə ibtidai siniflər üçün tərtib edilmiş 100-dən çox dərs planı və ideyalarından faydalana bilərsiniz. Bütün dərs plan və resurslarımız müxtəlif dil bilik səviyyələrinə görə bölünmüşdür və Britaniya festivallarından qrammatik biliklərinizi təkmilləşdirmək məqsədilə fləş yaddaşlardan istifadəyədək müxtəlif mövzularda mətnlərlə tanış ola bilərsiniz.

MÜƏLLİMLƏR ÜÇÜN YENİYETMƏLƏRƏ ÖZƏL TƏDRİS PLANLARI

Burada orta məktəb sinifləri üçün xüsusi olaraq hazırlanmış 200-dən çox dərs planı və ideyalarından istifadə edə bilərsiniz. Bundan əlavə, Birləşmiş Krallığın mədəniyyət bölməsində tələbələrinizə Şekspir, Jane Austen, Charles Dickens və Dylan Thomas daxil olmaqla məşhur Britaniya müəllifləri haqqında öyrənməyə yardımçı mənbələr yerləşdirilmişdir.

ONLAYN TƏDRİS MÖVZUSUNDA VEBİNARLAR

Dünyada bir çox müəllim bir sıra səbəblərdən, bu sahədə təcrübə sahibi olub-olmamasına baxmayaraq, onlayn dərs demək məcburiyyətində qalır. Bu səbəbdən əsas istiqamətlərdə müəllimlərə yardımçı olmaq məqsədilə bir sıra vebinarlar təşkil etmişik. Bütün vebinarlar qeydə alınacaq, əgər müəyyən olunmuş vaxtlarda onları izləmək imkanınız olmazsa, istədiyiniz zaman yazıları nəzərdən keçirə bilərsiniz.

DİGƏR MÜƏLLİMLƏR İLƏ ONLAYN ƏLAQƏ YARADIN

Digər ölkələrdən olan müəllimlərin nə etdiyini öyrənmək istəyirsinizsə, Facebook’dakı qlobal müəllimlər şəbəkimizə qoşulun! Burada öz təcrübələrinizi bölüşə və oxşar problemlərlə qarşılaşan həmkarlarınızdan yeni fikirlər əldə edə bilərsiniz.

BİZİ SOSİAL MEDİADA İZLƏYİN

"Teaching English" Facebook səhifəmizi izləyin və ən yeni onlayn layihələrimiz haqqında öyrənin. 

BİZİMLƏ ONLAYN ƏLAQƏ

Bizimlə əlaqədə qalmaq, yeni xəbərlər oxumaq və başqaları ilə əlaqə qurmaq istəyirsinizsə, Facebook səhifəmizi , Twitter kanalımızı  və Instagram səhifəmizi izləyin.

Hədəfimiz öyrənməyi və mədəniyyətdən zövq alanları əhatə edən daha böyük və güclü cəmiyyət qurmaqdır. Biz sizinləyik!