Son günlər vaxtımızın çox hissəsini evdə keçiririk, bu həmişə etmək istədiyimiz, lakin zaman azlığından edə bilmədiyimiz işlərimizi həyata keçirməyə başlamaq üçün mükəmməl imkandır. Hər gün məşq etmək üçün nə qədər vaxtınızın olmasından asılı olmayaraq, vəsaitlərimiz sayəsində ingilis dili biliklərinizi təkmilləşdirməyə nail olacaqsınız.

Dil səviyyənizi müəyyənləşdirin

Əvvəlcə dil biliklərinizin hansı səviyyədə olduğunu öyrənməyinizə yardımçı, ödənişsiz İngilis dili lüğət və qrammatika sınaqlarımızdan keçə bilərsiniz. Nəticələrinizdən asılı olaraq platforma sizə dil biliklərinizi inkişaf etdirməyiniz məqsədilə hazırlıq vəsaitləri təklif edəcək.

Dil biliklərinizi təkmilləşdirin

Dil səviyyənizi bildiyiniz halda, dinləmə, oxu və yazı bacarıqlarınızın üzərində işləməyə başlaya bilərsiniz. Dil səviyyənizi seçin və daha sonra müxtəlif mətnlər, səs yazmaları, interaktiv tapşırıq və anketlər arasından istədiyinizi seçin.

Yeniyetmələr üçün ingilis dili

Dünyada bir çox şagirdlər hal-hazırda məktəbə gedə bilmirlər. Bizim LearnEnglish Teens vebsaytı sayəsində evdən İngilis dili ilə məşğul ola və öyrənə bilərsiniz. LearnEnglish Teens veb platformasında İngilis dili biliklərinizi təkmilləşdirməkdə yardımçı çoxlu video, audio və yazılı materiallar mövcuddur. Başlanğıc üçün LearnEnglish Teens veb səhifəsindən istifadə etməklə gündəlik 20-30 dəqiqənizi ayırmağınızı məsləhət görürük. Bu cür davam etsəniz, əhəmiyyətli dərəcədə irəliləmə əldə etdiyinizin fərqinə varacaqsınız.

Ödənişsiz kurslarımızdan birinə qoşulun

Əgər İngilis dili biliklərinizi digər insanların müşayiətində inkişaf etdirmək istəyirsinizsə, niyə də bizim ödənişsiz onlayn kurslarımızdan yararlanmayasınız? Necə edəcəyinizdən əmin deyilsiniz? Ümumi təsəvvür üçün sizə qısa izah tərtib etdik.

Elə indi Exploring English: Language and Culture kursumuza qoşulmaqla Birləşmiş Krallığa mənsub musiqi və ədəbiyyat haqqında ətraflı məlumat ala bilərsiniz. 

Əgər Şekspir yaradıcılığı və onun yaratdığı yeni sözlər haqqında öyrənmək istəyirsinizsə, yeddi aprel tarixində başlayacaq Exploring English: Shakespeare kursumuza qoşula bilərsiniz.

Biznes ingilis dili biliklərinizi təkmilləşdirin

Hər gün daha çox insan beynəlxalq təşkilatlarda xidmət göstərir və bu biznes sahəsində İngilis dili biliklərinizi inkişaf etdirmək üçün əvəzedilməz şansdır. Müsahibədə performansınızı mükəmməlləşdirmək, aydın email’lər tərtib etmək və biznes sahəsinə məxsus mövzulardan məlumatlı olmaq üçün Business English bölməmizə keçid edin.

BİZİMLƏ ONLAYN ƏLAQƏ

Bizimlə əlaqədə qalmaq, yeni xəbərlər oxumaq və başqaları ilə əlaqə qurmaq istəyirsinizsə, bizim Facebook səhifəmiziTwitter kanalımızı və Instagram səhifəmizi izləyin. 

Hədəfimiz onlayn öyrənməyi və mədəniyyətdən zövq alanları əhatə edın daha böyük bir cəmiyyət qurmaqdır. Biz sizinləyik!