Bu konfrans yaxşı təcrübələri bölüşmək və fikir mübadiləsi aparmaq üçün Birləşmiş Krallıq və Azərbaycandan olan mütəxəssisləri və təhsil siyasəti qurucularını bir araya gətirərək Azərbaycanda British Council-ın "Məşğulluq üçün Ali Təhsil Proqramı"-na start verəcək.

Bu tədbir məzunların məşğulluğunu artırmaq, yerli və qlobal iş dünyasında rəqabətliliyini təmin etmək və nəticələri izləmək üçün davamlı olaraq məlumat toplamaq mexanizmini yaratmaq üçün ali təhsil müəssisələrinin qabiliyyətini inkişaf etdirmək yollarını öyrənmək məqsədi daşıyır.

Konfrans Azərbaycan və Birləşmiş Krallığın ali təhsil müəssisələri və biznes təşkilatları arasında strateji əməkdaşlıq və təcrübə bölüşmə imkanları təmin edəcək.

Konfransda Təhsil Nazirliyi, Birləşmiş Krallıq və Azərbaycan universitetləri və tərəfdaşlığın qurulmasında maraqlı olan şirkətlərin nümayəndələri iştirak edəcək. Konfransda iştirak etmək üçün 25 oktyabr 2019-cu il tarixindən öncə yuxarıdakı düyməsini tıklayaraq qeydiyyat formasını doldurmalısınız. Konfrans 31 oktyabr 2019-cu il tarixində Hilton Baku otelində keçiriləcək.

See also