Yeniyetmələr üçün Aptis

Bütün dünyada şagirdlər ingilis dilini məktəb vaxtı öyrənirlər ki, bu da onların ingilis dili bacarıqlarının qiymətləndirilməsi zərurətini yaradır. Məktəblər və valideynlər qəbul edirlər ki, onların uşaqlarının beynəlxalq miqyasda öyrənmələri, inkişaf etmələri və işləmələri üçün ingilis dili bacarıqları çox mühümdür.

BU NƏDIR? 

  • Yeniyetmələr üçün Aptis tanış mövzular və ssenarilər vasitəsilə yeniyetmələrin bacarıqlarının test edilməsi üçün məxsusi olaraq Britaniya Şurası tərəfindən işlənib hazırlanmış ingilis dili üzrə yeni qiymətləndirmə vəsaitidir.
  • 13-17 yaşlı yeniyetmələri hədəfə alan Yeniyetmələr üçün Aptis ingilis dili üzrə konkret bacarıqları əhatə edir və operativ nəticə əldə etməyə imkan verir.
  • Suallar yeniyetmənin gündəlik həyatında baş verən fəaliyyətləri əks etdirmək üçün hazırlanmışdır: sosial media, ev tapşırığı, məktəb tədbirləri və idman. Bu müasir test yanaşması namizədlərə imkan verir ki, ingilis dili üzrə öz bilik və bacarıqlarını tam şəkildə nümayiş etdirsinlər.
  • Yeniyetmələr üçün Aptis cari təhsil sistemlərinə inteqrasiya oluna bilər ki, bu da tələbələrin ingilis dili səviyyəsinin effektiv və səmərəli şəkildə ölçülməsinə imkan verir.

KIMLƏR BUNDAN ISTIFADƏ EDƏ BILƏR?

  • Orta məktəbin aşağı və yuxarı sinifləri 
  • Bütün dünyada təhsil nazirlikləri
  • Dil məktəbləri
  • Repetitorlar və ya özəl müəllimlər 
  • İkidilli məktəblər 

BU PROQRAM HANSI FUNKSIYALARI ICRA EDƏ BILƏR?

  • Öyrənənlərin səriştə səviyyəsini müəyyən etmək
  • Sertifikatlı imtahanlara hazırlıq səviyyəsini  dəyərləndirmək
  • Xaricdə və yerli proqramlarda iştirak etmək üçün hazırlıq səviyyəsini  dəyərləndirmək 
  • Öyrənənlərə yardım etmək üçüe zəif və güclü tərəfləri müəyyən etmək
  • Öyrənmə proqramlarını dəyərləndirmək
  • Vaxt keçdikcə tələbələrin inkişafını test etmək.

Bizim hesabat sistemimiz də operativdir və ballar həm fərdi, həm də qrup formasında təqdim  edilir.

 

Test olunan hər bir bacarığa bal verilir (0-50) və bala əsasən qrup daxilində ayrı-ayrı namizədləri müqayisə etmək, həmçinin təkrar test verən namizədlərin nail olduğu inkişkafı qiymətləndirmək olar. Baldan başqa, biz həmçinin hər bir bacarıq üçün Dillər üçün Vahid Avropa Etalon Sistemi (DVAES) səviyyəsini də müəyyən edirik (A1-C). Əgər siz 4 bacarığın hamısı üzrə test verirsinizsə, sizə ümumi (DVAES) səviyyəsi müəyyən ediləcək.

See also