People meeting round a table

Aptis testi işçilərinizin məqsədlərinizə çatması və biznesinizin inkişafına töhfə verməsi üçün müvafiq ingilis dili biliklərinə sahib olmasını təmin etməyinizə kömək edir.

Siz Aptis testini aşağıdakılar üçün istifadə edə bilərsiniz:

  • lazımi istedadları işə götürmək və vəzifədə yüksəltmək
  • ingilis dili biliklərindəki boşluqları müəyyən etmək
  • təlimi düzgün sahələrə istiqamətləndirməklə optimallaşdırmaq

İş yerində məhsuldarlığın təmin edilməsi

Aptis real həyatda baş verən situasiyalarda ingilis dilində ünsiyyət saxlamaq üçün tələb olunan bacarıqları yoxlayır. Onun formatı işçilərinizin partnyorlarınız, beynəlxalq tərəfdaşlarınız və müştərilərinizlə effektiv şəkildə ünsiyyətdə olmasını təmin etməyinizə kömək edir.

Şirkətinizin profilinin qaldırılması

Aptis şirkətinizin məqsədlərinə çatmağınız və əsas tərəfdaşlarınızın qarşısında şirkətin profilinin möhkəmləndirilməsi üçün ingilis dili biliklərinin səviyyəsini artırmağınıza kömək edir. Aptis akademik tədqiqatlara və keyfiyyətin hərtərəfli təminatına əsaslanır. Yüksək dəqiqliyə və etibarlığa malik olan nəticələr ingilis dili biliklərinin aşağı səviyyədə olmasından qaynaqlanan reputasiya risklərini azaltmağınıza kömək edir.

İşə götürmə və təlim prosesinin optimallaşdırılması

Aptis testləri seçdiyiniz yerdə, tarixdə və vaxtda keçirilə bilər. Siz bütün prosesi təkbaşına idarə edə, yaxud biz bunu sizin yerinizə edə bilərik. Aptis testləri ilə təşkilatınız üçün ən lazımlı bacarıqları yoxlaya, nəticə etibarilə yoxlama prosesini optimallaşdıra və biznesiniz üçün aşkar mənfəət əldə edə bilərsiniz.

Əsaslandırılmış qərarların qəbul edilməsi

Aptis namizədlərin real həyatda baş verən situasiyalarda ünsiyyət saxlamaq qabiliyyətini yoxlamaq üçün nəzərdə tutulmuşdur. O, danışıq və yazı bacarıqları da daxil olmaqla, bütün dil biliklərinin cəmi 48 saatda yoxlanaraq dəqiq nəticələrinin məlum olmasını təmin edir.

Siz CEFR standartlarına uyğunlaşdırılmış fərdi və qrup hesabatları əldə edəcəksiniz. Bu, namizədlərin nəticələrini müqayisə etməyinizi, fərdi təlim ehtiyaclarını müəyyən etməyinizi və məhsuldarlığı təhlil etməyinizi asanlaşdıracaq. Bu, işə götürmə, peşəkar inkişaf və təlimlə əlaqədar əsaslandırılmış qərar qəbul etməyinizə imkan verəcək.