Qiymətləndirmə ehtiyacları üçün Aptis testini seçin

Aptis müəllimlərimiz tərəfindən yoxlanılmış, sürətli və etibarlı nəticələr təmin edən kompüterdə keçirilən testdir 

Aptis 85-dən çox ölkədə universitetlər, məktəblər və hökumətlər kimi müxtəlif təşkilatlar tərəfindən istifadə edilir. O, eyni zamanda bütün dünyada nazirliklər, təhsil müəssisələri və regional hökumətlər tərəfindən ingilis dili biliklərinin əsaslı dəlili kimi qəbul edilir.

Hansı bacarıqları yoxlayacağınızı seçin

Siz mövcud ehtiyaclarınızdan asılı olaraq bir və ya daha çox dil bacarıqlarını (danışıq, yazı, dinləmə və oxu) yoxlamağı seçə bilərsiniz. Hər bir test hər bacarıq üzrə CEFR səviyyəsinin dəqiqliyinin əlavə olaraq təmin edilməsi üçün icbari qrammatika və lüğət tərkibi modulunu əhatə edir.

Testi nə vaxt, harada və necə keçirməyi seçin

Aptis testin keçiriləcəyi tarixi, vaxtı və yeri seçməyinizə imkan verən elastik təhvil sisteminə malikdir.

Aptis namizədlərin biliklərinin səviyyəsindən asılı olmayaraq, fərqli yerlərdə iri namizəd qrupları ilə istifadə edilməsi mümkün olan miqyası dəyişən yoxlama alətidir. Siz bütün prosesi təşkilatınızda müstəqil şəkildə həyata keçirə, yaxud vaxtınızı boşaldaraq bunu ekspertlər komandamıza həvalə edə bilərsiniz.  

Biz eyni zamanda xüsusi ehtiyacları olan namizədlər üçün şərait yarada və Brayl əlifbasında olan və iri hərflərlə yazılmış testlərin hazırlanması, vaxtın dəyişdirilməsi, qələm-kağızla keçirilən testlərin təşkil edilməsi kimi fərqli tədbirlər görə bilərik.

Dəqiq və etibarlı test nəticələrini cəmi 48 saat ərzində əldə edin

Testin danışıq və yazı hissələri təlim keçmiş müəllimlərdən ibarət komandamız tərəfindən ciddi keyfiyyətin təminatı və keyfiyyətə nəzarət standartlarına müvafiq şəkildə 48 saat ərzində obyektiv qiymətləndirilir.

Aptis testinin oxu, dinləmə, qrammatika və lüğət tərkibi komponentləri sistem tərəfindən avtomatik qiymətləndirilir.

Əsaslandırılmış qərarlar qəbul edin

Aptis namizədlərin real həyatda baş verən situasiyalarda ingilis dilində ünsiyyət saxlamaq üçün tələb olunan bacarıqlarını yoxlayır və sizə onların dil bilikləri haqqında ümumi təsəvvür verir. 

Nəticələr hər bir dil bacarığı üzrə CEFR standartlarına uyğunlaşdırılmış fərdi və qrup hesabatları şəklində təqdim ediləcək. Bu, sizə hər bir namizədin dil profili, güclü və zəif tərəfləri, habelə onların digər namizədlər arasında reytinqi haqqında tam təsəvvür verəcək. Bu, onların məhsuldarlığını təhlil etməyinizə və layihələrinizin uğurunu qiymətləndirməyinizə imkan verəcək.

Dil biliklərinin yoxlanmasının keyfiyyətini təmin edin

Siz dil layihələriniz üçün təcrübəmizə və keyfiyyətin təminatı proseslərimizə arxayın ola bilərsiniz. Aptis testlərinin hazırlanması, təkmilləşdirilməsi və qiymətləndirilməsi geniş və davamlı tədqiqatlara əsaslanır. Testdəki bütün suallar yoxlanıb və təhlil edilib və yalnız sərt tələblərimizə cavab verən suallar testə daxil edilib.

Etibarlı tərəfdaş seçin

Biz dil testlərinin hazırlanması və keçirilməsi sahəsində 80 ildən çox təcrübəyə malikik.

Siz ən yüksək təhlükəsizlik standartlarına uyğun olaraq istənilən miqyasda yoxlamalar keçirdiyimiz 100-dən çox ölkəni əhatə edən qlobal şəbəkəmizdən faydalana bilərsiniz.

Əlaqəli linklar