People meeting round a table

"Aptis qiymətləndirmə elementi kimi ingilis dilinin təkmilləşdirilməsi proqramlarınıza, mövcud sistemə və milli dil səviyyəsinin müəyyən edilməsi üçün etalon olaraq inteqrasiya edə biləcəyiniz etibarlı alətdir.

Siz Aptis testini aşağıdakılar üçün istifadə edə bilərsiniz:

  • əməkdaşlar, müəllimlər və tələbələrin ingilis dili biliklərini qiymətləndirmək və onları beynəlxalq standartla (CEFR) müqayisədə təhlil etmək. 
  • təlim ehtiyaclarının müəyyən edilməsi üçün dil səviyyəsinin auditini həyata keçirmək.
  • kvalifikasiyanın artırılması üzrə planlarınızın dəstəklənməsi üçün təlimin təkmilləşdirilməsi tələb olunan sahələri müəyyən etmək.
  • dil təlimi layihələrinin uğurunu fərqli səviyyələrdə ölçmək.
  • ingilis dili səviyyəsi üzrə müəyyən tələblərə cavab verməli olan şəxslərin dəqiq qiymətləndirilməsini həyata keçirmək.

İngilis dili layihələrinizin effektivliyinin ölçülməsi

Aptis sizi CEFR beynəlxalq standartlarına uyğunlaşdırılmış dəqiq nəticələrlə təmin edir. O, dil biliklərinin səviyyəsini müəyyən zaman çərçivəsində və təlim proqramlarının həyata keçirilməsindən sonra asanlıqla müqayisə etməyə imkan verir. Siz test nəticələrinin əsasında siyasətin hazırlanması, gələcək təlim ehtiyacları və işçi qüvvənin inkişaf etdirilməsi ilə bağlı əsaslı qərarlar qəbul edirsiniz.

Qiymətləndirmə prosesinin optimallaşdırılması

Siz Aptis testi ilə bütün və ya seçilmiş ingilis dili bacarıqları üzrə səviyyəni yoxlaya bilərsiniz. Bu testlər istənilən mühitdə, hətta geniş miqyasda onlayn və oflayn əsaslarla təhlükəsiz şəkildə həyata keçirilə bilər. Test bilik səviyyəsindən asılı olmayaraq, istənilən namizəd üçün münasibdir. Testin şərtlərə asanlıqla uyğunlaşdırılması ingilis dili biliklərinin yoxlanması üçün tələb olunan vaxt və resursları optimallaşdırmağınıza imkan verəcək.

Etibar edə biləcəyiniz testi seçin

Biz testin hazırlanmasından başlayaraq işarələnməsi, keyfiyyətin təmin edilməsi və qiymətləndirilməsinə qədər tədqiqata xüsusi diqqət göstəririk.

Aptis qiymətləndirmə ilə bağlı ən son nəzəriyyələr, sosial-koqnitiv çərçivə və cari tədqiqat işlərimiz əsasında ekspertlər komandamız tərəfindən hazırlanıb.

İmtahanları yoxlayan şəxslərə nəzarət üzrə ciddi qaydalarımız nəticələrin dəqiq və etibarlı olmasını təmin edir. Siz təhsil proqramları, məktəb kurikulumu və ingilis dili siyasətlərinin hazırlanması zamanı bu nəticələrə etibar edə bilərsiniz.

Ehtiyaclarınıza uyğun olaraq hazırlanmış qiymətləndirmə

Ümumi Aptis testi ilə yanaşı müəllimlər və yeniyetmələr üçün nəzərdə tutulmuş xüsusi Aptis testləri də hazırlamışıq. Müəllimlər üçün Aptis və Yeniyetmələr üçün Aptis testləri dil siyasətlərinin formalaşdırılması üçün onların dil biliklərini müvafiq və etibarlı şəkildə qiymətləndirməyinizə imkan verir.

Biz eyni zamanda beynəlxalq standartlara uyğun olaraq yerli kontekstdə xüsusi ehtiyacları qarşılayan və yoxlama sisteminin dayanıqlılığını təmin edən xüsusi qiymətləndirmə həlləri hazırlamaq üçün komandanızla əməkdaşlıq edə bilərik.