Are you a school, university or college?

INGILIS DILI BACARIQLARINI DƏQIQ NECƏ QIYMƏTLƏNDIRMƏK OLAR?

Aptis beynəlxalq səviyyəli ingilis dili testidir və aşağıdakı qaydada istifadə oluna bilər:

  • İngilis dilinin inkişaf etdirilməsi proqramının tərkib hissəsi kimi
  • Müəllimlərinizin və ya tələbələrinizin təlim ehtiyaclarını müəyyən etmək üçün yoxlama vasitəsi kimi 
  • İngilis dili proqramının effektivliyini dəyərləndirmək üçün tədris ilinin əvvəlində, ortasında və sonunda
  • Test iştirakçılarının güclü və zəif tərəflərini müəyyən etmək üçün

FAYDALAR:

Aptis ayrı-ayrı namizədlərə uyğun ssenarilərdən istifadə edir.

  • Oxu, yazı, danışıq və dinləmə bacarıqlarını ayrı-ayrılıqda və ya birlikdə qiymətləndirir.
  • Danışıq və yazı bacarıqları ingilis dili mütəxəssislərindən ibarət  heyət tərəfindən qiymətləndirilir ki, bu da yüksək səviyyədə dəqiqliyi təmin edir. 
  • Aptis çoxsaylı formatlarda, istənilən vaxt, istənilən yerdə operativ nəticələrlə təqdim edilə bilər.
  • Aptis sizin tələbələrin və ya müəllimlərin etibarlı şəkildə qiymətləndirilməsinə imkan verən operativ, ədalətli və mötəbər test sistemidir və ingilis dili bacarıqlarının dəqiq və etibarlı şəkildə qiymətləndirilməsini təmin edir.

Aptis beynəlxalq miqyasda Dillər üçün Vahid Avropa Etalon Sisteminə əsasən fəaliyyət göstərir və siz məhz hansı sahələrdə təkmilləşdirməyə ehtiyac olduğunu asanlıqla müəyyən edə bilirsiniz. Bu isə, ingilis dili kurslarının düzgün təşkil edilməsinə imkan verir.

Bu proqram üzbəüz tədris, elektron öyrənmə və ya qarışıq tədris/təlim həlləri ilə sizin məktəbin, kollecin və ya universitetin inkişaf proqramına  əvvəlki və sonrakı qiymətləndirmə vasitəsi kimi daxil edilə bilər.

NƏ ÜÇÜN  MƏHZ APTIS SIZIN MÜƏSSISƏ ÜÇÜN LAZIMDIR?

  • Siz test etmək istədiyiniz bütün bacarıqları qarışdıra və uyğunlaşdıra bilərsiniz (yazı, oxu, danışıq və dinləmə).
  • Siz Aptis testinizin birgə brendləşdirilməsi üçün bizimlə əməkdaşlıq edə bələrsiniz.
  • Aptis testləri Britaniya Şurasının ingilis dili mütəxəssisləri tərəfindən analiz olunur.
  • Biz məzmunu sizin müəllimlər və tələbələr üçün uyğunlaşdıra bilərik.
  • Sizə test edilən hər bir bacarığa dair fərdi və qrup hesabatları təqdim ediləcək.

HANSI NÖV MÜƏSSISƏLƏR APTIS TESTINDƏN ISTIFADƏ EDIRLƏR?

Aptis-dən istifadə edən müəssisələrin sırasına nazirliklər, universitetlər, dil məktəbləri, beynəlxalq və özəl məktəblər daxildir.