Müəllimlər üçün Aptis

Müəllimlər üçün Aptis - Aptis General proqramının bir variantıdır. Bu proqram bütün dünyada müəllimlərin və ya müəllimlərin təlimi proqramlarında tələbələrin ingilis dili bacarıqlarını yoxlamaq üçün Təhsil Nazirlikləri və təhsil müəssisələri  tərəfindən istifadə edilə bilər. Bu, məxsusi olaraq təhsil sektoru üçün işlənib hazırlanmışdır; tam olaraq mövcud sistemlərə inteqrasiya oluna və yerli qaydada idarə edilə bilər ki, bu da müəllimlərin ingilis dili səviyyəsinin vaxt keçdikcə müşahidə edilməsinə və təlim proqramlarının uğurunun effektiv şəkildə ölçülməsinə imkan verir.

Müəllimlər üçün Aptis proqramının strukturu və davamiyyəti Aptis General proqramı ilə eynidir, ancaq test məzmunu konkret olaraq müəllimlərə aiddir və suallar müəllimlərin hər gün rastlaşdıqları mövzu və ssenariləri əhatə edir. Nəticədə, suallar namizədlərə tanış gəlir və onlar sualın məzmununa deyil, konkret olaraq dilə fokuslana bilirlər.

MÜƏLLİMLƏR ÜÇÜN APTİS PROQRAMI AŞAĞIDAKILARIN TEST EDILMƏSI ÜÇÜN ISTIFADƏ OLUNA BILƏR

  • Bütün dünyada məktəblərdə dərs deyən ingilis dili müəllimləri
  • Bütün dünyada məktəblərdə dərs deyən digər fənn müəllimləri
  • Geniş miqyaslı dil proqramlarının, o cümlədən kommersiya xarakterli proqramların ingilis dili müəllimləri
  • Müəllimlərin təlimi və ya universitet proqramlarının tələbələri 
  • Təhsil sahəsində çalışan digər mütəxəssislər

See also