Are you a government ministry or NGO

Aptis ilə sizin təşkilatda ingilis dili bacarıqlarını qiymətləndirmək və ölçmək asandır. Beynəlxalq səviyyəli ingilis dili testi istənilən mühitdə təqdim edilmək üçün kifayət qədər çevikdir və mövcud bacarıq səviyyəsindən asılı olmayaraq, istənilən namizədə uyğundur.

• Nazirlik və ya QHT olaraq, siz Aptis qiymətləndirmə sistemi ilə ingilis dilinin inkişafı layihələrini tamamlaya bilərsiniz. İstənilən təlimin əvvəlində, ortasında və sonunda istifadə olunan bu proqram namizədlərin inkişafını dəqiq şəkildə qyimətləndirə bilər.

• Siz Aptis-dən həmçinin müxtəlif auditoriyaların təlim ehtiyaclarını müəyyənləşdirmək üçün yoxlama vasitəsi kimi istifadə edə bilərsiniz.

• Biz Aptis-i sizin ehtiyaclarınıza uyğunlaşdıra bilərik.

NƏ ÜÇÜN APTIS-DƏN ISTIFADƏ ETMƏLI?

• Aptis qrammatika və söz ehtiyatı əsas olmaqla, müxtəlif dil bacarıqlarının (danışıq, yazı, oxu və dinləmə) qiymətləndirilməsi üçün tərtib edilmişdir.

• Siz sadəcə olaraq öz layihənizə uyğun olanı seçirsiniz.

• Aptis sizin istədiyiniz yerdə və vaxtda əlverişli şəkildə təqdim edilir ki, bu da planlaşdırma zamanı vaxta qənaət edir.

• Siz A1-dən C-yə qədər ingilis dili üzrə müxtəlif səriştə səviyyələrini qiymətləndirə bilərsiniz. Bu isə sizə eyni test və eyni vaxt çərçivəsində çox güclü və çox zəif dil bacarıqlarına malik insanları dəqiq şəkildə qiymətləndirməyə imkan verir.

• Bu proqram çoxsaylı vəsaitlər, o cümlədən planşet, kompüter, kağız-qələm üçün istifadə oluna bilər ki, bununla da müxtəlif mühitlərə yarayır.

Kənar linklər

Aptis konkret nümunə araşdırması: Ruanda Təhsil Şurası

Aptis konkret nümunə araşdırması: Şri Lanka Xarici Məşğulluq Bürosu