Aptis for business

SİZİN KOMANDANIN İNGİLİS DİLİ BACARIQLARININ SİZİN BİZNES EHTİYACLARINIZA UYĞUN OLDUĞUNU NECƏ MÜƏYYƏN ETMƏK OLAR?

Aptis sizin işçi qüvvənizin və ya potensial namizədlərin ingilis dili səviyyəsinə dair dəqiq təsəvvür yaradır.

Bununla da, aşağıdakı proseslər daha da asanlaşır:

• Məhz düzgün insanların işə götürülməsi və vəzifədə irəli çəkilməsi

• Qoyulan sərmayənin bəhrəsini görə bilmək üçü təlimin ən lazımlı sahələrə yönəldilməsi

• İşçilərinizin  ingilis dili üzrə bacarıqlarının, zəif və güclü tərəflərinin müəyyən edilməsi

NƏ ÜÇÜN APTIS-I SEÇMƏLI?

• Aptis sizin istədiyiniz yerdə və vaxtda əlverişli şəkildə təqdim edilir, bu da onun keçirilməsinin planlaşdırılmasını asanlaşdırır.

• O, qrammatika və söz ehtiyatı əsas olmaqla, müxtəlif dil bacarıqlarının (danışıq, yazı, oxu və dinləmə) qiymətləndirilməsi üçün tərtib edilmişdir.

• Siz sadəcə olaraq öz fəaliyyətinizə uyğun olanı seçirsiniz.

• Bu proqram çoxsaylı vəsaitlər, o cümlədən planşet, kompüter, kağız-qələm üçün istifadə oluna bilər ki, bununla da müxtəlif mühitlərə yarayır.

• Siz A1-dən C-yə qədər ingilis dili üzrə müxtəlif səriştə səviyyələrini qiymətləndirə bilərsiniz. Bu isə, sizə imkan verir ki, eyni test və eyni vaxt çərçivəsində çox güclü və çox zəif dil bacarıqlarına malik insanları dəqiq şəkildə qiymətləndirəsiniz.

HANSI TİP MÜƏSSİSƏLƏR APTIS-DƏN ISTIFADƏ EDIRLƏR?

ADECCO POLŞA – IR HƏLLƏRININ BEYNƏLXALQ MİQYASDA APARICI PROVAYDERİ OLAN ADECCO GLOBAL ŞIRKƏTININ FILIALI.

Adecco şirkəti müştəri xidmətləri mərkəzində çalışan və əsas vəzifəsi kənar müştərilərin xidmət sorğularını 11 dildə qeydiyyata almaqdan ibarət olan işçilərin ingilis dili bacarıqlarını sınaqdan keçirmək üçün Aptis proqramından istifadə etmişdir.

NETSOL TECHNOLOGIES INC. PAKISTAN, MALİYYƏ VƏ LİZINQ SAHƏLƏRI ÜÇÜN  BEYNƏLXALQ İT PROVAYDERİ

NetSol şirkəti Aptis proqramından müxtəlif vəzifə öhdəlikləri üçün ingilis dili tələblərinin müəyyən edilməsi, eləcə də işçilərin dil səriştəsinin məhz onların vəzifəsi üçün tələb olunan səviyyəyə çatdırılması üçün dil səriştələrinin qiymətləndirilməsi məqsədilə istifadə etmişdir. Bundan başqa, Aptis bütünlükdə prosesin effektivliyini artırmaq üçün işəgötürmə fəaliyyətlərində istifadə edilmişdir.

Əlaqəli linklar