Ali Təhsil Müəssisələri arasında Əməkdaşlıq Tədbiri 2016

Bazar ertəsi 24 Oktyabr 2016 - 00:00

British Council Birləşmiş Krallıq və Azərbaycanın ali təhsil müəssisələrinin nümayəndələrini Ali Təhsil Müəssisələri arasında Əməkdaşlıq Tədbirində iştirak etməyə dəvət edir. Tədbir 24 oktyabr, 2016-cı il tarixində keçiriləcəkdir. 

Tədbirin əsas məqsədi

Tədbirin keçirilməsində əsas məqsəd Birləşmiş Krallıq və Azərbaycan ali təhsil müəssisələrinin nümayəndələrini bir yerə toplayaraq əməkdaşlıq imkanlarının üz-üzə müzakirəsi üçün zaman ayırmaq, ortaq maraqları öyrənmək və gələcək əməkdaşlığın qurulması məqsədilə əlaqə məlumatlarının mübadiləsi üçün imkan yaratmaqdır.

Tədbirdə kimlər iştirak edə bilər

Tədbir qarşılıqlı ünsiyyət və əməkdaşlıq əlaqələrinin qurulmasında maraqlı olan Azərbaycan və Birləşmiş Krallığın ali təhsil müəssisələrinin nümyəndələri üçün açıqdır. 

22-23 oktyabr, 2016-cı il tarixində Birləşmiş Krallıq Təhsil Sərgisində iştirak edəcək Birləşmiş Krallığın universitet nümayəndələri tədbirdə iştirak üçün dəvət olunurlar.

Tədbirdə iştirak edərək ali təhsil müəssisələri aşağıdakı faydaları əldə edəcəklər:

Birləşmiş Krallıq və Azərbaycan universitetləri arasında: tələbə mübadiləsi; iki dərəcəli proqramlar; müəllim təlimi; tədris planının inkişafı və s. baxımından gələcək əməkdaşlığın müzakirəsi və inkişafı üçün ünsiyyət etmək imkanı 

Tədbirdə iştirak etmək üçün

  • Birləşmiş Krallığın Universitet nümayəndələri 15 sentyabr, 2016-cı il 
  • Azərbaycan Universitetlərinin nümayəndələri  20 oktyabr, 2016-cı il

tarixinədək aşağıda təqdim olunan ərizə formalarını tamamlayaraq Təhsil işləri üzrə icraçı Nigar Nəsrullayevaya göndərməlidirlər.

Briləşmiş Krallıq və Azərbaycanın Ali Təhsil Müəssisələri arasında Əməkdaşlıq Tədbiri (2014 – 2015)

2014-cü ildən etibarən keçirilən bu tədbirdə hər il 24 Azərbaycan universitetlərinin 60-a yaxın nümayəndəsi iştirak edir. Tədbirdə həmçinin, Təhsil Nazirliyinin və Erasmus+ layihəsinin rəsmi nümayəndələri iştirak edirlər.

Əvvəlki tədbirlərdən əldə olunan nəticələr

  • Birləşmiş Krallığın 31 universiteti tədbirdə iştirak etdi (21 universitet 2014, 10 universitet 2015-ci ildə).
  • Azərbaycanın 24 universiteti tədbirdə iştirak etdi (24 universitet 2014, 20 universitet 2015-ci ildə).
  • Tədbir rəsmi şəkildə Birləşmiş Krallığın Azərbaycandakı Səfiri və Təhsil Nazirliyinin nümayəndələri tərəfindən açıldı. 
  • Tədbirin qiymətləndirilməsinin nəticəsi olaraq iştirakçıların 79%-i tədbirin yüksək keyfiyyətdə keçirildiyinin və gözləntilərin qarşılandığını qeyd etdi.
  • İştirakçıların 75%-i tədbir zamanı yeni və dəyərli məlumatı əldə etdiklərini qeyd etdi.
  • Tədbirin nəticəsi olaraq hal-hazırda 7 ali təhsil müəssisələri arasında əməkdaşlıq əlaqələrinin qurulması və inkişaf etdirilməsi üçün müzakirələr aparılır.