Business Journalism
Date
Bazar ertəsi 10 Oktyabr 2016 - 00:00

"Biznes Jurnalistikası" layihəsi iştirakçı kimi seçilmiş jurnalistlərin ehtiyaclarına uyğunlaşdırılmış xüsusi təlim proqramı yolu ilə milli medianın peşəkar bilik və bacarıqlarını gücləndirən bir illik layihədir. Layihə PAŞA Bankın əməkdaşlığı və Avropanın ən böyük media təşkilatlarından biri sayılan Tomson Fondunun (Thomson Foundation) dəstəyi ilə həyata keçirilir.

Layihə 2011-ci ildən etibarən həyata keçirilir və bu vaxtadək 70-ə yaxın jurnalist bu layihədə iştirak etmişdir. Layihə çərçivəsində keçirilən təlimlər əsasən Onlayn Jurnalistika və biznes sahəsi üzrə məqalə yazma standartlarının yüksəldilməsinə həsr olunur. Təlimlər zamanı müxtəlif biznes təşkilatlarına müsahibə məqsədilə görüşlər də təşkil olunur. 

Iştirakçıların Bakıda il boyu 3 təlim sessiyasında, eləcə də ən fəal və tam davamiyyəti olan iştirkçıların layihənin sonuncu  mərhələsində Birləşmiş Krallığa tədris səfərində iştirakı nəzərdə tutulmuşdur. Səfər zamanı bir çox müxtəlif tanınmış qəzetlərdə, jurnallarda və digər media institutlarında, eləcə də aparıcı jurnalistlər ilə görüşlər keçirilir.

Layihədə iştirak etmək istəyən şəxslər ərizə formasını tamamlayaraq 10 oktyabr, 2016-cı il tarixinədək enquiries@britishcouncil.az e-mail ünvanına göndərə bilərlər.

Layihə və ərizələrin qəbulu barədə ətraflı məlumatı elan formasından əldə edə bilərsiniz.

Layihə ilə bağlı hər hansı sualınız olarsa, əməkdaşımız Təhsil Proqramları üzrə İcraçı Nigar Nəsrullayeva ilə əlaqə saxlaya bilərsiniz.