Middleton Hall Radio Proqramı

Azad Azərbaycan “106 FM” radio stansiyasında bizim yeni həftəlik “Middleton Hall” seriyalarını dinləyərək ingilis dili biliyinizi artırın.

Bu yeni radio proqramı ‘Obla Air’ adlı dinamik drama ilə eyni formatda olub hər biri 15-dəqiqəlik radio proqramdan ibarətdir. Middleton Hall, Londonun kənarında, kənddə yerləşən kiçik bir mehmanxanadır. Mehmanxana sahibi Çarlz Middleton və həyat yoldaşı Canetdir. Mehmanxananı idarə edən Sitvel  isə işçilərə qarşı çox tələbkar və sərtdir.  

Proqram Azad Azərbaycan (106 FM) radio stansiyası ilə hər Şənbə günü saat 14.00-də yayımlanır. Middleton Hall radio yayımının vaxt cədvəlini Azad Azərbaycan (106 FM) veb səhifəsində tapa bilərsiniz.