British Council-ın Təhsil agentləri üçün təlimi

British Council Birləşmiş Krallığın təhsil müəssisələrini təmsil edən təhsil agentlərinin fəaliyyətini dəstəkləyir. Bizim təhsil agentləri və ya məsləhətçiləri ilə fəaliyyətimiz onların peşəkar inkişafını və keyfiyyətli işini dəstəkləmək məqsədilə həyata keçirilir. 

British Council-ın Təhsil agentləri üçün təlim proqramı iki səviyyədə həyata keçirilir:

  • Təhsil Agentləri üçün Foundation (Başlanğıc səviyyə) sertifikatı (The British Council Foundation Certificate for Agents)
  • Təhsil Agentləri üçün Advanced (Peşəkar səviyyə) sertifikatı (The British Council Advanced Certificate for Agents)

Təhsil agentləri üçün təlim proqramının faydaları nələrdir?

  • Keyfiyyətli fəaliyyət və peşəkarlıq səviyyəsinin göstəricisi
  • Birləşmiş Krallığın müəssisələri tərəfindən tanınan keyfiyyət göstəricisi
  • Kursun bitməsi üzrə sertifikat
  • British Council tərəfindən təlimdən keçmiş təhsil agentlikləri siyahısında adın qeyd edilməsi 

Təhsil agentləri üçün təlim proqramına müraciət

Azərbaycanda təhsil agenti olaraq fəaliyyət göstərirsinizsə və bu kurslardan yararlanmaq istəyirsinizsə bizə müraciət edə bilərsiniz - nigar.nasrullayeva@britishcouncil.az.

Təlim kursuna Gürcüstandan olan təhsil agentləri də müraciət edə bilərlər.

Təhsil Agentləri üçün Foundation (Başlanğıc səviyyə) sertifikatı üzrə onlayn kurs tezliklə elan ediləcəkdir.

Təhsil Agentləri üçün Foundation (Başlanğıc səviyyə) Sertifikatı kursu

  • 8 həftə ərzində davam edən kurs
  • Kursa özünü qiymətləndirmə imkanları da daxildir
  • Kurs yazılı imtahan və peşəkar göstəricilər əsasında qiymətləndirilir
  • Kursda aşağıdakılar barədə məlumat və biliklər təqdim olunur:
  • Birləşmiş Krallığın təhsil və təlim sistemi barədə məlumat – kurslar və ixtisaslar
  • Keyfiyyət təminatı
  • Birləşmiş Krallıqda təhsil almağın və yaşamağın üstünlükləri
  • Həyat tərzi – səyahət, yaşayış, yaşayış xərcləri, ümumi rifah
  • Kurslar üzrə ödənişlər və təqaüd proqramları
  • Təhsil müəssisələrinə qəbul şərtləri, prosedurlar, viza və immiqrasiya 

Kimlər müraciət edə bilər?

Müraciət etmək üçün:

  • Birləşmiş Krallığın ən azı iki təhsil müəssisəsi ilə müqavilə və ya əmədkaşlıq əlaqələriniz olmalıdır. 

Bu kurs üzrə əldə edilən sertifikat iki il ərzində quvvədə qalır və sertifikat kursu keçmiş individual şəxsə təqdim olunur. Sertifikatın yenidən qüvvədə qalması və ya yenidən təqdim edilməsi üçün peşəkar inkişaf fəaliyyəti davam etdirilməlidir və British Council-ın Təhsil Agentləri üçün Advanced (Peşəkar səviyyə) sertifikatı təlimində iştirak etməlisiniz. 

Kurs barədə məlumat

Bu təlim kursunda uğurla iştirak edən təhsil agentlərinə və ya məsləhətçilərinə iki il ərzində qüvvədə olan sertifikat verilir. 

Təhsil agentlərinin peşəkarlar olaraq bilik və bacarıqları və fəaliyyət göstərdikləri təhsil sahəsi mütəmadi olaraq dəyişir. British Council olaraq biz əminik ki, öz sahəsində iddialı olan peşəkarlar davamlı peşəkar inkişaf imkanları vasitəsilə mütəmadi olaraq biliklərini inkişaf etdirməli və dəyişikliklərə adaptasiya olmalıdır.

Kursda təqdim olunan 3 ayrı Bölmə aşağıdakıları əhatə edir:

  • Bölmə 1 davamlı peşəkar inkişaf barədə bilik və anlayışları təqdim edərək inkişaf etdirir və təlimi keçən şəxsi öz rolunun təyin edilməsi və inkişafının planlaşdırması üzrə istiqamətləndirir və dəstəkləyir. Bu bölmə qeyd olunanları əhatə edir: beynəlxalq təhsil məkanı olaraq Birləşmiş Krallığın üstünlükləri; təhsil xərcləri/haqqları; iş imkanları; giriş və immiqrasiya üzrə prosedurlar; yaşayış yerinin təminatı; Birləşmiş Krallığın təhsil sisteminin üstünlkləri.
  • Bölmə 2 təlimi keçən şəxsin peşəkar inkişaf üzrə fəaliyyətlərini, tələblərini, qaydaları qeyd edir vı kursun tamamlanması və təhvil verilməsi kimi mühüm məlumatları qeyd edir. Bu bölmə qeyd olunanları əhatə edir: Birləşmiş Krallığın təhsil sistemi; azad məktəblər və şəxsi kolleclər; peçə və iş üzrə təcrübəyə əsaslana təhsil; foundation və keçid kursları; ali təhsil: bakalavr təhsili; ali təhsil: magistratura təhsili; Birləşmiş Krallıqdan kənarda bu ölkənin təhsil dərəcəsinin əldə edilməsi.
  • Yeni Bölmə! - Bölmə 3 qeyd olunanları əhatə edir: peşəkarlıq və etik davranış; Birləşmiş Krallığın təhsil müəssisələri ilə iş; viza və Birləşmiş Krallığın təhsil müəssisələri və tələbələri üçün immiqrasiya ilə bağlı öhdəliklər; məlumatın qorunması və intelektual mülkiyyət; uşaqların qorunması.

Kursa ən azı 35 saatlıq Damalı Peşəkar İnkişaf (CPD) saatları daxildir və ümumlikdə aşağıdakıları əhatə edir:

  • Təhsil sektoru üzrə məlumatlılıq
  • Birləşmiş Krallıqda həyat tərzi
  • Viza və immiqrasiya
  • Marketing və təbliğat
  • Peşəkarlıq və etika

Müraciət etmək üçün nə etməli?

Ödəniş haqqı və kurs barədə əlavə məlumat üçün nigar.nasrullayeva@britishcouncil.az e-mail ünvanına müraciət edə bilərsiniz.

Növbəti kursun başlama tarixi

Təsdiqlənməyib

Kurs tamamlanır

Qiymətləndirmə və sertifikatın təltif edilməsi

Təsdiqlənməyib

Təsdiqlənməyib