“Doktor Vatson, tanış olun, bu Mister Şerlok Holmsdur”.
Bütün bunları biz artıq görmüşük. Amma onların ilk görüşü bizim zamanımızda deyil, Viktorian dövrünün sonunda baş versəydi, necə olardı? Ən məşhur məsləhətçi detektiv və onun ən yaxın dostu buxar qatarları, keblər, silindrlər və uzun ətəkli pencəklər dövründə Beyker küçəsində yaşasaydı nə baş verərdi?
Kinoteatrın ekranlarında “Şerlok” filmini 1895 il nümunəsində qarşılayın!
“Şerlok: Çirkin gəlin” filminin milad epizodu qəhrəmanları, müvafiq olaraq Benedikt Kamberbetçin və Martin Frimanın ifasında Şerlok Holmsu və Doktor Con Vatsonu Viktoriya dövrünün 1895 il Londonuna aparacaq. Epizodun ssenarisi Stiven Moffat və Mark Getiss tərəfindən qələmə alınıb və ekranda Rupert Qreyvz, Una Stabbs, Lu Brili və Amanda Abbinqton kimi aktyorların iştirakını vəd edir. Filmin rejissoru Duqlas Makkinnondur (“Doktor Kim”, “Vəzifə borcu”).
“Böyük ekranda Şerlok – bu bizim üçün zamanda, Viktoriya dövrü Londonuna nəhəng sıçrayışdır. 1895 ilin Londonun xarabalıqları hələ heç vaxt bu qədər cəlbedici olmamışdı” – deyə ssenarinin həmmüəllifi, Stiven Moffat bildirmişdir, oktyabr 2015 il.
“Şou öz mahiyyətini qəfildən dəyişməyəcəkdir. Qarşımızda sanki 1895 ilə aid dekorasiyalrda çəkdiyimiz elə həmin Şerlok durur. Qəhrəmanların dili, təbii ki, bir az fərqlənəcəkdir, lakin biz onun müasir dilimiz kimi koloritli və məzəli olmasına çalışmşıq. Əks halda naftalin iyi verən kostyumlu bir quruluş alınardı, biz isə bunda maraqlı deyilik” – deyə ssenarinin həmmüəllifi, Mark Getiss bildirmişdir, avqust 2015 il.
Film “Britaniya serialları böyük ekranlarda” festivalı çərçivəsində 5 yanvar tarixində Park Cinemada (Flame Towers) nümayiş etdirilmişdir.