Qlobal Təhsil Mükafatı: Üfüqlərini Genişləndir

Beynəlxalq Tələbə Kartı (ISIC), British Council IELTS və StydyPortals tərəfindən dəstəklənir.

QLOBAL TƏHSİL MÜKAFATI NƏDİR?

Biz nəticədə gənclərin təcrübə qazanmaları, yeni ölkələri, mədəniyyətləri və dilləri kəşf etmələri üçün üçüncü təhsillərini xaricdə almalarını təşviq edirik.

Qarşımda böyük bir dağ var; lakin Qlobal Təhsil Mükafatı komandasının köməyi ilə bu səyahətdən ən yüksək dərəcədə zövq alacağam.

Rana, West Bank

Qlobal Təhsil Mükafatı xaricdə təhsil almağı bir çox tələbə üçün şəxsi və peşəkar həyatın alternativ yollarına hazırlayan, eləcə də mədəniyyətlərarası  anlayış və tolerantlığı təşviq edən, həyatı müsbət şəkildə dəyişən təcrübə kimi tanıyır.

Mükafat ilkin olaraq təhsil haqqlarına tətbiq ediləcək və birbaşa qalib namizədin təhsil alacağı təhsil müəssisəsinə ödəniləcək

Təhsil haqqları £10,000-dan az olarsa qalan vəsait 52 həfə müddətinə yaşayış xərcinə əlavə olunacaq.

Müraciət müddəti

2017-ci ilin payızı üçün ərizə qəbulu açıqdır.

ÜMUMİLİKDƏ 6 QLOBAL TƏHSİL MÜKAFATI (QTM) VAR:

  • 4 QTM qalibi 2017-ci ilin payız qəbulu üçün seçilir (dərslər 1 avqust - 31 oktyabr 2017-ci il tarixlərində başlayır)
  • 2 QTM qalibi 2018-ci ilin yaz qəbulu üçün seçilir (dərslər 1 yanvar - 31 mart 2018-cil il tarixlərində başlayır)

Ərizə qəbulu açıqdır.

Son müraciət tarixləri:

  • 2017-ci ilin payızında təhsil alan tələbələr üçün 30 iyun
  • 2018-ci ilin yazında təhsil alan tələbələr üçün 30 sentyabr

Tərəfdaşların nümayəndələrindən ibarət seçim paneli müraciətlərə baxacaq və onları qiymətləndirəcək. Güclü namizədlər seçiləcək və yekun qalibi seçməzdən əvvəl müsahibəyə dəvət olunacaq. Qaliblər ərizə qəbulu üçün son tarix bitdikdən sonra 3 ay ərzində elan ediləcək.

Biz kimləri axtarırıq?

QLOBAL TƏHSİL MÜKAFATI AŞAĞIDAKI GÖSTƏRİCİLƏRİ NÜMAYİŞ ETDİRƏN YÜKSƏK MOTİVASİYALI, BACARIQLI ŞƏXSLƏR ÜÇÜN TƏRTİB OLUNMUŞDUR:

  • təhsilləri ilə cəmiyyətə töhfə vermə potensialı olanlar
  • karyeralarını inkişaf etdirmək istəyində olanlar
  • artan mədəniyyətlərarası anlayış və tədavülə marağı olanlar

Qalib namizədlər British Council IELTS, ISIC və StudtyPortals cəmiyyətləri ilə yaxından tanış olacaq və təcrübələrini digər tələbələrlə bölüşəcəklər. Qlobal Təhsil Mükafatına dünyanın bütün ölkələrindən tələbələr müraciət edə bilər. Qlobal Təhsil Mükafatı  qalib namizədlərin seçdikləri balakavr və ya doktorantura proqramlarını xaricdə oxumalarına şərait yaradacaq. Qlobal Təhsil Mükafatı qalib namizədin ölkə daxilində təhsil alması üçün istifadə edilə bilməz.

Kim müraciət edə bilər?

QLOBAL TƏHSİL MÜKAFATINA UYĞUN OLMAQ ÜÇÜN NAMİZƏDİN AŞAĞIDAKI GÖSTƏRİCİLƏRİ OLMALIDIR:

  • British Coouncil-da IELTS imtahanını vermiş olmalı və 1 iyun 2016-cı il tarixindən sonra verilmiş rəsmi sertifikata sahib olmalı.
  • Müraciət etdiyi müddətdə Etibarlı Beynəlxalq Tələbə Kartı (ISIC) və/ və ya Beynəlxalq Gənc Səyahət Kartı (IYTC) olmalı 
  • 2017-ci ilin payız semestri və ya 2018-ci ilin yaz semestrində tam-ştat bakalavr və ya doktorantura proqramına daxil olmağı planlaşdırmalı
  • Müvafiq təhsil müəssisəsindən son müraciət tarixi bitənədək qəbul məktubu təmin etməli
  • STeXX.com saytında təhsil təcrübəniz haqqda qısa məlumat yazmalı

Xahiş edirik nəzərə alın ki, ərizələr ingiliscə göndərilməlidir. Sualınız olarsa xahiş edirik FAQ səhifəmizi ziyarət edin. Bütün şərtlərlə tanış olun.