Date
Çərşənbə axşamı 01 Dekabr 2015 - 00:00 - Bazar ertəsi 18 Yanvar 2016 - 12:26
Location
VIRTUAL EKSKURSİYA 

Qreyson Perrinin «Kiçik Fərqlərin yaratdığı təlaş» sərgisinə onlayn pulsuz ekskursiya edin.

Sizi Qreyson Perrinin «Kiçik Fərqlərin yaratdığı təlaş» adlı yeni sərgisinə virtual ekskursiyaya dəvət edirik. Sərgidə Britaniya Şurası Kolleksiyasından altı heyrətamiz qobelen nümayiş olunur. Qreyson Perri Böyük Britaniyanın ən tanınmış müasir rəssamlarından biri və Turner Mükafatının sahibidir. O, keramikadan hazırlanmış əsərləri, heykəlləri, rəsmləri, qrafik işləri və qobelenləri ilə tanınır. 

Bizim virtual ekskursiyaya qoşularaq hər bir qobelenlə ətraflı tanış olun və rəssamın öz səsi ilə yazılmış şərhlərin olduğu video materiala baxın. İndi bu sərginin nümayiş olunduğu Ser Müasir Qalereyasındaymış kimi (Ankara, Türkiyə) sənət əsərlərinə tamaşa edin.

QOBELENLƏRİN YARANMA HEKAYƏSİ İLƏ TANIŞ OLUN

18-ci əsrdə yaşamış rəssam Uilyam Hoqartın «Pozğunların  artımı» əsərindən ilham alan Perrinin qobelenləri Tim Rakevel adlı bədii qəhrəmanın həyat və sosial yüksəlişindən bəhs edir. Qobelenləri yaratmazdan əvvəl  Qreyson Perri Britaniyanın şəhər və qəsəbələrinə səfər edərək Britaniyanın ayrı-ayrı sosial qrupları üçün zövq anlayışının nədən ibarət olduğunu və necə fərqləndiyini araşdırmışdır. 

‘Kiçik Fərqlərin yaratdığı təlaş’ həm məzmun, həm də kolorit baxımından zəngindir və interyer dizaynından Britaniya mətbəxinə, siyasi etirazlardan məşhurlar haqda dedi-qodulara qədər Britaniya həyatının bir çox özəlliklərini və qəribəliklərini özündə əks etdirir.