British Council Mədəniyyət və Turizm Nazirliyi və yenicə təsis edilmiş Teatr Təlim Mərkəzinin dəstəyi ilə cari ilin Noyabr-Dekabr aylarında Britaniya Teatr Mövsümünün keçirilməsini planlaşdırır. Britaniya Teatr Mövsümü Mədəniyyət və Turizm Nazirliyi ilə 2012-ci ildə başlamış “Teatr əməkdaşlığı” layihəsi çərçivəsində yaranan uğurlu əməkdaşlığın nəticəsidir.
Teatr Mövsümü çərçivəsində Azərbaycana dəvət olunacaq Birləşmiş Krallığın yüksək səviyyəli teatr şirkətlərinin ən müasir tamaşalarının səhnələşdirilməsi nəzərdə tutulmuşdur. Tamaşalar Birləşmiş Krallığın teatr sahəsində innovasiyalarını və Britaniyanın müasir həyatından bir parçasını əks etdirəcək. Layihə çərçivəsində tamaşaların nümayişindən əlavə, Azərbaycanda teatr işçıləri üçün peşəkar təlim imkanlarını təmin edilməsi və ustad dərslərin keçirilməsi də nəzərdə tutulmuşdur. Azərbaycan və Birləşmiş Krallığın teatr sahəsindəki mütəxəssiləri ilə fikir mübadiləsi aparmaq üçün tamaşalardan sonra geniş auditoriya ilə görüşlər və forumlar da keçiriləcəkdir.