Təqdimat: Edinburgh Universiteti

Çərşənbə 05 Oktyabr 2016 - 18:30

Edinburgh Universiteti dünyanın və Birləşmiş Krallığın ən qədimi və qabaqcıl universitetlərindən biridir. Edinburgh Birləşmiş Krallıqda təhsil almaq üçün əla məkandır və hər il Azərbaycandan onlarla tələbə bu Universitetdə foundation proqramları da daxil olmaqla, bakalavr, magistratura və Phd səviyyələri üzrə təhsil alırlar. Edinburgh Universitetinin müxtəlif proqramlar üzrə təhsil almış 54 nəfər Azərbaycanlı məzunu var.

Edinburgh Universiteti bir çox səbəblərə görə beynəlxalq tələbələr arasında populyardır:

  • Bura prestijli və dünyanın aparıcı təhsil müəssisələrindən biridir;
  • Akademik heyət ixtisaslaşdığı sahələr üzrə öndə gedən tədqiqatçılardan ibarət olan intensiv təqdiqat meyilli universitetdir;
  • Son zamanlarda ən tanınmış tədqiqatlar kimi Dolly the Sheep, Higgs Boson və Hepatit B peyvəndi layihələrini göstərmək olar;
  • QS dünya universitetlərinin 2016-cü il retinqində 19-cu yerdədir;
  • Russel Group-na daxil olan universitetlərdən biridir;
  • Ümumi 35 000 tələbəsi var, onların da 14 800-i beynəlxalq tələbələrdir;
  • Birləşmiş Krallıq standartları ilə Edinburgh kifayət qədər böyük universitetdir və burada 12 000 əməkdaş çalışır ki, bu da işçi heyət-tələbə mütənasibliyinin yüksək olduğunu və tədrisin kiçik qruplarda aparıldığını göstərir;
  • Edinburgh Universitetinin məzunlarının məşğulluq dərəcəsi 96 % təşkil edir və məşğulluğa görə bu universitet 23-cü yerdədir və məzunlarının bəziləri Birləşmiş Krallıqda ən yüksək əməkhaqqı alanların sırasındadırlar;
  • Edinburgh paytaxt şəhərdir və tələbələrin bu fantastik məkanda geniş infrastruktur və resurslara çıxış üstünlüyü vardır;
  • Tarixi şəhər olan Edinburgh Birləşmiş Krallığın ən təhlükəsiz şəhəri kimi seçilir. 

Edinburgh Universitetindən cənab Harish Lokhun  Azərbaycana səfər edərək 05 oktyabr 2016-cı il tarixində British Council-ın Azərbaycan ofisində təqdimat keçirəcək. Hər biriniz onun ‘Edinburgh Universitetində Təhsil’ adı təqdimatına dəvətlisiniz. Bu sizin Birləşmiş Krallığın ən yüksək reytinqli universitetlərindən biri haqqında öyrənə bilməyiniz üçün əla imkandır.

Tarix: 05 oktyabr 2016, Çərşənbə 

Vaxt: 18:30

Məkan: British Council, 90A Nizami küçəsi, Landmark III, Bakı, 8-ci mərtəbə

Təqdimatda iştirak ödənişsizdir.

Qeydiyyat üçün:

Maraqlanan şəxslər 04 oktyabr 2016-cı il tarixinədək ad, soyad və əlaqə məlumatını nigar.nasrullayeva@britishcouncil.az e-mail ünvanına göndərərək qeydiyyatdan keçə bilərlər. 

Maraqlandığınız təhsil pilləsi haqqında da məlumat göndərsəniz çox şad olarıq.

Yerlər məhduddur!