CIMA təşkilatının Azərbaycan Universitetləri ilə görüşü

Çərşənbə 17 May 2017 - 00:00

CIMA (Chartered Institute of Management Accountants) idarəetmə mühasibatlığı üzrə dünyanın tanınmış peşəkar təşkilatıdır. CIMA işəgötürənlərin gözləntilərinə uyğun kritiki bilik və bacarıqların inkişaf etdirilməsini təmin edən kvalifikasiyaları təqdim edir.

Bu il CIMA Azərbaycanda tələbələr üçün Biznes Keys Müsabiqəsi (CIMA Business Challenge Azerbaijan 2017) keçirməyi planlaşdırır.

Təşkilatın dünya üzrə biznes keys müsabiqələrinin keçirilməsində böyük təcrübəsi var və bu il CIMA bu təcrübəni Azərbaycanda tətbiq edərək müsabiqə keçirməyi planlaşdırır. 

Təşkilat bu möhtəşəm müsabiqəni Azərbaycanda keçirmək üçün partnyor universitetlər axtarır. Müsabiqə ölkənin ən bacarıqlı və istedadlı tələbə və təhsil işçilərini bir yerə toplayacaq və bu da öz növbəsində gələcəkdə məzun olacaq tələbələrin idarəedicilik, mühasibatlıq, məşğulluq, peşəkar inkişaf və s. bu kimi qabiliyyətlərini inkişaf etdirməyə kömək edəcək. Ətraflı məlumat üçün əməkdaşlıq üçün çağırış faylına baxa bilərsiniz.

CIMA-nın Avrasiya üzrə direktoru Vadim Bozhenik 26 May tarixində (10:00 – 12:00) universitetlərlə görüş üçün Azərbaycana səfər edəcək.

CIMA Business Challenge Azerbaijan 2017 müsabiqəsi barədə daha ətraflı məlumat əldə etmək istəyirsinizsə və CİMA ilə əməkdaşlıqda maraqlısınızsa tədbirdə iştirak etmək üçün qeydiyyatdan keçə bilərsiniz.

Qeydiyyat üçün son tarix: 17 may 2017-ci il

Tədbirdə kimlər iştirak edə bilər:

"CIMA Business Challenge Azerbaijan 2017" müsabiqəsinin partnyoru olmaq istəyən universitetlərin nümayəndələri tədbirdə iştirak üçün qeydiyyatdan keçə bilərlər. Tədbirdə beynəlxalq əlaqələr şöbəsinin nümayəndələri, aidiyyatlı şöbələrdən olan dekan, akademik işlər üzrə prorektorların iştirakı gözlənilir. 

Aşağıdakı departamentlərdən olan nümayəndələr müraciət edə bilərlər:

  • İqtisadiyyat
  • Mühəndislik
  • Mühasibatlıq
  • Biznes
  • Maliyyə
  • Və digər bu kimi aidiyyatlı istiqamətlər üzrə.

Xahiş edirik ki, 17 may 2017-ci il tarixinədək aşağıdakı formanı tamamlayaraq studyuk.azerbaijan@britishcouncil.org e-mailinə göndərəsiniz.