AVEDNO layihəsi: Təkliflərin qəbulu (Yerli ekspertlər)

Cümə 18 November 2016 - 17:00

British Council Azərbaycan BP və Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə birgə əmək bazarının tələblərinə cavab vermək məqsədilə kənd təsərrüfatı istiqamətli peşə təhsili müəsissələri üçün yeni modulların hazırlanması pilot layihəsinin icrasına başlamışdır. Layihə çərçivəsində Bitkiçilik və Aqroservis mütəxəssislərinin hazırlanması nəzərdə tutulub.

Layihənin başlıca benefisiarı Qəbələ Peşə Məktəbidir (QPM). Nəzərdə tutulan ixtisaslar geniş miqyaslı proqramın tərkib hissəsi olaraq milli zəmində əmək bazarının kənd təsərrüfatı sahəsi üzrə ixtisaslaşmış kadr tələbini ödəmək məqsədi ilə QPM-də təqdim edilir. QPM-də başlıca istiqamət kənd təsərrüfatıdır. Bura böyük peşə məktəbidir və regionun iqtisadi inkişafında vacib rol oynayır.

Layihə çərçivəsində British Council Azərbaycan peşə təhsili sektoru üzrə ixtisaslaşmış hüquqi şəxs kimi qeydiyyatdan keçmiş yerli şirkət/təşkilat və ya fərdi ekspertlərin seçimi ilə bağlı təklifləri qəbul edir. Ekspertlər ümumilikdə 12 modul üçün tədris vəsaitləri və qiymətləndirmə formasının hazırlanmasına cəlb olunacaqlar. Nəzərdə tutulan 12 moduldan 3-ü Bağçılıq istiqamətli, 9-u isə Bitkiçilik mütəxəssisi və Aqroservis mütəxəssisi ixtisasları üzrədir. Eləcə də ekspertlər hazırlanmış modullar əsasında QPM-dəki müəllimlərin tədris prosesində yeni modullar üzrə müvafiq bilik və bacarıqlarının artırılması məqsədi ilə təlimçilərin təlimatlandırılmasını da həyata keçirməlidirlər. Bu tender üçün müraciət edən istənilən şirkət/təşkilat və ya fərdi ekspert əgər hər hansı bir sahə üzrə ixtisaslaşıbsa, layihədə müvafiq hissəni icra edə bilər. British Council bütün 12 modulun hazırlanmasına cəlb olunacaq şirkət/təşkilat/fərdi ekspertlərin işinin koordinasiyasına cavabdehlik daşıyır. Əlavə məlumat üçün zəhmət olmasa Təklif formasını yükləyərdiniz və müvafiq olaraq Ərizə formasını təqdim edərdiniz.

Əgər siz bu tenderdə iştirak etmək niyyətindəsinizsə zəhmət olmasa sənədləri alan kimi öz niyyətiniz ilə bağlı ilham.yusifov@britishcouncil.az e-mail ünvanına bildiriş göndərin.

Zəhmət olmasa Təklif formasını dolduraraq 18 noyabr 2016-cı il, Bakı vaxtı saat 17:00-dan gec olmayaraq öz təkliflərinizi ilham.yusifov@britishcouncil.az e-mail ünvanına göndərin.