İnkişafa başlamaq üçün ilk addım ingilis dilidir!
“Secondary Plus” proqramı yeniyetmələrin ikinci dil kimi ingilis dilində ünsiyyət qurması üçün lazım olan bacarıqları öyrədir. Onlar dünyaya qarşılarına çıxan imkanlardan istifadə etmək və xəyal etdikləri hər şeyə nail olmaq üçün hazırlıqlı şəkildə çıxacaqlar.
Cambridge Universiteti tərəfindən verilən beynəlxalq CELTA sertifikatına sahib müəllimlər tərəfindən keçirilən bu proqram övladınıza həm möhtəşəm öyrənmə təcrübəsi qazandırır, həm də öz potensialını tam şəkildə reallaşdırmağa imkan yaradır.
Yeniyetmələr inklüziv təlim mühitimizdə özlərini olduqları kimi apara bilərlər. İngilis dili kurslarımız onları aşağıdakıları etməyə ruhlandırır:
- İngilis dilini ikinci dil kimi öyrənmək və iddialı, müstəqil və mədəni baxımdan şüurlu bir qlobal vətəndaş olmaq;
- Fikirlərini sərbəst ifadə etməyi öyrənmək və ingilis dilində danışarkən özünəinamlı olmaq;
- Praktik və yaradıcı düşüncəni inkişaf etdirən xüsusi tapşırıqlar üzərində işləmək;
- Dili eyni səviyyədə bilən həmyaşıdları ilə komanda tapşırıqlarında birgə çalışmaq.
Valideynlər üçün məlumat
Kurs necə keçirilir?
Müəllimlər hər bir tələbəni istiqamətləndirir və onlara dəstək olur, müasir öyrənmə metodlarından istifadə edərək tələbələri real həyata, universitetdə və iş yerində ingilis dilindən istifadə etməyə hazırlayırlar.
Yeniyetmələr ingilis dili dərslərimizdə:
- Cəlbedici, interaktiv fəaliyyətlərdə iştirak edirlər;
- Həvəsləndirici danışıq dərslərindən zövq alırlar;
- İxtisaslı ingilis dili müəlliminin rəhbərliyi altında dil bacarıqlarını inkişaf etdirirlər.
Öyrənmə prinsipləri hansılardır?
Kurs zamanı övladınız:
- Məktəb imtahanlarında və beynəlxalq universitetlərdə uğur qazanmağa kömək edəcək bacarıqları inkişaf etdirir.
- Sinif yoldaşları ilə əməkdaşlıq edərək komandada işləmək və liderlik bacarıqlarını formalaşdırır.
- Yaradıcılığını inkişaf etdirir və digər mədəniyyətlərdən olan şagirdlərlə ünsiyyətdə olur.
Şagirdlərin inkişafı necə izlənilir?
Biz British Council olaraq rəyinizi dinləyirik, çünki tələbələrimizin daha yaxşı öyrənmə təcrübəsi əldə etmələrini istəyirik. Biz övladınızın irəliləyişinə dair mütəmadi rəylər, davamiyyət qeydləri və onların dil bilikləri haqqında hesabatlar təqdim edirik:
- Formal və qeyri-rəsmi qiymətləndirmələr kurs proqramının bir hissəsidir.
- Fərdiləşdirilmiş onlayn platforma irəliləyişi övladınızla birlikdə izləməyə kömək edir.
Övladınızın tədris ili ərzində əldə etdiyi irəliləyişi sizə bu formada hesabatda göstərəcəyik:
- Övladınızın oxuduğu jurnallar və iştirak etdiyi layihələr;
- Beynəlxalq CEFR standartlarına əsaslanan layihə hissəsinin qiymətləndirilməsi;
- Qiymətləndirilən dövr ərzində onların irəliləyişini göstərən xüsusi qrafik.
Öyrənmə Platformamız və övladınızın irəliləyişi
Öyrənmə Platformamız (Learning Hub) övladınızın dərsdən əvvəl və sonra müstəqil şəkildə və özünə uyğun tempdə öyrənməsinə kömək edən təhlükəsiz onlayn platformadır. Yəni dərs vaxtı onların ingilis dilində danışması və lazımi bacarıqlarını təkmilləşdirməsinə yönəlmişdir. Uşaqlar müəllimlərinin rəhbərliyi altında əlavə fəaliyyətlərdən faydalana və valideynlər gedişat haqqında məlumat əldə edə bilərlər.
Learning hub platformasını bu videolarla kəşf edin
Learning Hub platformasının valideynlər üçün təqdimatı
Bildirişlərin necə qurulacağını və mobil tətbiqi necə istifadə edəcəyinizi öyrənin