Primary Plus: Məktəblilərin ingilis dilini öyrənməsinin və özünəinam qazanmasının ən yaxşı yolu!
“Primary Plus” 6-10 yaşlı uşaqlar üçün nəzərdə tutulmuş ingilis dili kursudur. Dərslərimiz övladınızın ingilis dilində sərbəst danışma bacarığını inkişaf etdirməklə yanaşı, təxəyyülünü də gücləndirir. Bütün dərslər Cambridge Universiteti tərəfindən verilən beynəlxalq CELTA sertifikatına sahib müəllimlər tərəfindən keçirilir. Müasir dərs materiallarımız və əyləncəli öyrənmə mühitimizlə şagirdlərin ingilis dilində inamla və düzgün danışmasına kömək edirik.
Bu faydalı öyrənmə təcrübəsi aşağıdakıları əhatə edir:
- Peşəkar müəllimlərin nəzarəti ilə fərdi yanaşma
- Müasir tədris proqramı
- İstifadəsi olduqca asan onlayn Öyrənmə Platformasında (Learning Hub) dərsdən öncə və sonra interaktiv çalışmalar.
- Təhlükəsiz və rahat sinif mühiti.
Övladınızın inkişafını izləyin, nailiyyətlərini qeyd edin və onun ingilis dilində uğur qazandığını görün!
Proqramın detalları
Övladınız bizim dərslərimizlə inkişaf edəcək. Onlar burada:
- Vaxtlarının çoxunu danışığa ayırırlar
- Kiçik qruplarda işləyir və fərdi yanaşma ilə öyrənilər
- Yaşıdları ilə eyni qruplarda yer alırlar və birlikdə əylənərək öyrənirlər
-
Onlar sinif yoldaşları ilə daimi dostluqlar qurur və digər ölkələrdən olan yaşıdları ilə ünsiyyətdə olaraq ingilis dili biliklərini möhkəmləndirmək imkanı qazanırlar
Həyat bacarıqlarının inkişafı
“Primary Plus” proqramı övladınızın liderlik, komanda işi və tənqidi düşünmə bacarıqlarını inkişaf etdirməsinə kömək edir.
- Komanda ilə necə işləmək lazımdır
- Başqaları ilə ünsiyyət qurma və işləmə bacarıqları
- Qrup şəklində çalışmalar
- Real proyektlər ilə işləyərək problem həll etmək bacarıqlarının inkişafı
- Qlobal dünyada təhsil almağa və işləməyə hazır olmaq
Öyrənmə Platforması və övladınızın irəliləyişi
Öyrənmə Platformamız (Learning Hub) övladınızın dərsdən əvvəl və sonra müstəqil şəkildə və özünə uyğun vaxtlarda öyrənməsinə kömək edən təhlükəsiz onlayn bir platformadır. Dərs vaxtları əsasən onların ingilis dilində danışması və lazımi bacarıqlarını təkmilləşdirməsinə yönəlmişdir. Bu platformada isə şagirdlər müəllimlərinin rəhbərliyi altında əlavə fəaliyyətlərdən faydalana bilər və valideynlər gedişat və onların inkişafı haqqında məlumat əldə edə bilərlər.
Learning hub platformasını bu videolarla kəşf edin
Learning Hub platformasının valideynlər üçün təqdimatı
Bildirişlərin necə qurulacağını və mobil tətbiqi necə istifadə edəcəyinizi öyrənin