Çərşənbə axşamı 29 Oktyabr 2019

Bu, Azərbaycanda hazırda mövcud olan 13 ingilis dili mərkəzdən ibarət şəbəkəmizə əlavə ediləcək beş yeni Resurs və Təlim mərkəzindən birincisi olacaq. Yeni təlim mərkəzləri Masazır, Zaqatala, Tərtər, Beyləqan və Bərdə rayonlarında yerləşən məcburi köçkünlərin təhsil aldığı məktəblərdə yaradılacaq və yerli icmalardan olan tələbə və müəllimlərin cəlb edilməsi üçün lazım olan bütün yüksək keyfiyyətli təlim və tədris resurslarına, texnologiyalara və özünütəlim materiallarına sahib olacaq. British Council proqramı Birləşmiş Krallıq hökumətinin maliyyə dəstəyi ilə hazırlayır və həyata keçirir. Azərbaycan Respublikası Təhsil Nazirliyi və Britaniyanın Azərbaycandakı Səfirliyi bu proqramın həyata keçirilməsində bizi dəstəkləyəcək.

Resurs və Təlim Mərkəzləri: Qabaqcıl Cəmiyyət Naminə Mükəmməl Bacarıqlar gənclərin özlərindən əminliyini artırması və gələcəkdə təhsil və karyera yolunda daha yaxşı imkanlara sahib olması məqsədilə onların bacarıqlarının inkişaf etdirilməsinə istiqamətlənmiş üç illik proqramdır. “Resurs və Təlim Mərkəzləri" proqramı "British Council"ın 2016-2019-cu illərdə həyata keçirilmiş İngilis Dili Mərkəzləri təşəbbüsünün qazandığı uğura əsaslanacaq.

Bu il fəaliyyətə başlayacaq birinci Resurs və Təlim Mərkəzinin açılışı 31 oktyabr 2019-cu il tarixində Masazırda yerləşən Zəngilan rayonu 33 saylı orta məktəbdə baş tutacaq. Açılış mərasimi saat 12:00-da başlayacaq. Tədbirdə təhsil naziri Ceyhun Bayramov, Böyük Britaniya Baş Nazirinin Ticarət elçisi Baronessa Emma Nikolson və Böyük Britaniyanın Azərbaycandakı səfiri, cənab Ceyms Şarp iştirak edəcək.

KİV nümayəndələrini bu tədbirdə iştirak etməyə dəvət edirik. Xahiş edirik saat 11:30-da qısa media-brifinqinə qoşulasınız. "British Council"ın Azərbaycanda ölkə üzrə direktoru cənab Samr Şah bildirib: "Bu, Azərbaycanda həyata keçirdiyimiz başlıca proqramlarımızdan biridir. Təlim Mərkəzlərimiz gənc tələbələrə ingilis dili üzrə danışıq qabiliyyətini inkişaf etdirmək üçün təlimdə iştirak etmək, habelə XXI əsrin rəqabətli təlim və karyera yolunda zəruri olan liderlik və ünsiyyət bacarıqlarını təkmilləşdirmək imkanı verəcək."

Daha ətraflı məlumat: https://bit.ly/2MSKful

Üç il ərzində Azərbaycanın məcburi köçkün icmalarından olan təqribən 17,200 gənc 600-dən çox təlim keçmiş müəllimin formal tədris prosesində öyrətdiyi təkmilləşmiş ingilis dili və əsas bacarıqların təlimi proqramından faydalanacaq. Proqramımızın yeni Resurs və Təlim Mərkəzləri ilə yanaşı Bakı, Müşfiqabad, Gəncə və Lənkəranda da fəaliyyət göstərən mərkəzləri var.

Notes to Editor

Proqram ingilis dilinin yüksək səviyyədə tədrisinə, habelə gənclər arasında və onların aid olduğu icmalarda tolerantlıq, qarşılıqlılıq və dialoq anlayışlarının daha yaxşı başa düşülməsinə istiqamətlənəcək. Proqram çərçivəsində tələbələrin daha geniş dünyaya açılmasına kömək edən tənqidi düşüncə, problemlərin həlli, ünsiyyət və müzakirə bacarıqları da inkişaf etdiriləcək. İştirakçılar müxtəlif baxışlar və nöqteyi-nəzərlərlə qarşılaşmaq, vəziyyətləri tənqidi təhlil etmək və fikirlərini ifadə etmək imkanına sahib olacaq.

British Council seçilmiş icmalarda müəllimlərlə də işləyəcək, onların özündən əminliyi, bilik və bacarıqlarını inkişaf etdirməsinə yardımçı olmaq üçün Birləşmiş Krallığın təcrübə və resurslarından istifadə edəcək. Proqram onların ehtiyaclarını müəyyən edəcək, onlara inkişaf imkanları verəcək və onları sinifdə yenilikçi tədris resursları və təcrübələrindən istifadə etməyə hazırlayacaq. Müəllimlərin yeni ideyalar, tədris təcrübələri və yerli ehtiyacları müzakirə etmək məqsədilə bir araya gəlməsi üçün beş yeni "Müəllimlərin Fəalliyyət Qrupu" (Teacher Activity Group) yaradılacaq. Müəllimlər uzunmüddətli müsbət dəyişikliklərə təsir etmək və yaşadıqları icmaya töhfə vermək imkanına sahib olacaq.

British Council gənc tələbələri, müəllimləri, valideynləri və liderləri cəlb edərək mərkəzlərin yaradıldığı icmalarda mütəşəkkilliyin formalaşmasını və inkişafı dəstəkləyəcək. Bütün bu tərəflər bir araya gələrək Təlim Mərkəzləri və onların hüdudları xaricində təlim və inkişafı araşdıracaq, müzakirə edəcək və qeyd edəcək.

About the British Council

British Council Birləşmiş Krallığın mədəniyyət üzrə əlaqələr və təhsil imkanları sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatıdır. Biz Birləşmiş Krallıq və digər ölkələrin xalqları arasında dostluq və qarşılıqlı anlaşma münasibətləri yaradırıq. Biz bunu Birləşmiş Krallığa və birgə çalışdığımız ölkələrə müsbət töhfələr verərək – imkanlar yaratmaqla insanların həyatını dəyişərək, əlaqələr quraraq və inam yaradaraq edirik. Biz dünyanın 100-dən çox ölkəsində mədəniyyət və incəsənət, ingilis dili, təhsil və vətəndaş cəmiyyəti sahələrində fəaliyyət göstəririk. Keçən il 80 milyondan çox insana üz-üzə və ümumilikdə 791 milyon insana onlayn, yayımlar və nəşrlər vasitəsilə səsimizi çatdırmışıq. Təşkilatımız 1934-cü ildə təsis edilmişdir. Birləşmiş Krallığın Kral Xartiyası tərəfindən idarə edilən xeyriyyə təşkilatı və Birləşmiş Krallığın dövlət qurumuyuq.

See also