Resurs və Təlim mərkəzi Bərdədə 4 saylı orta məktəbdə açılacaq ve hazırda Azərbaycanda mövcud olan 17 mərkəzdən ibarət şəbəkəmizi daha da genişləndirəcək.
Bu il Abşeron, Zaqatala, Tərtər ve Beyləqan rayonlarında yerləşən məcburi köçkün məktəblərində bütün yüksək keyfiyyətli təlim və tədris resurslarına, texnologiyalara ve özünütəlim materiallarına sahib yeni təlim mərkəzləri açılmışdır. Proqram British Council tərəfindən Birləşmiş Krallıq hökumətinin maliyyə dəstəyi ilə hazırlanır ve həyata keçirilir. Azərbaycan Respublikası Təhsil Nazirliyi ve Böyük Britaniya Səfirliyi bu proqramın həyata keçirilməsində bizi dəstəkləyəcək.
Resurs və Təlim Mərkəzləri: Qabaqcıl Cəmiyyət Naminə Mükəmməl Bacarıqlar gənclərin özlərindən əminliyini artırması və gələcəkdə təhsil və karyera yolunda daha yaxşı imkanlara sahib olması məqsədilə onların bacarıqlarının inkişaf etdirilməsinə istiqamətlənmiş üç illik proqramdır. “Resurs və Təlim Mərkəzləri" proqramı "British Council"ın 2016-2019-cu illərdə həyata keçirilmiş İngilis Dili Mərkəzləri təşəbbüsünün qazandığı uğura əsaslanacaq.
Bu il fəaliyyətə başlayacaq dördüncü Resurs və Təlim Mərkəzinin açılışı 23 Yanvar 2020-ci il tarixində Bərdədə yerləşən 4 saylı orta məktəbdə baş tutacaq. Açılış mərasimi saat 11.00-da başlayacaq. Tədbirdə Böyük Britaniyanın Bakıdakı səfiri, cənab Ceyms Şarpla, yanaşı Azərbaycan Respublikasi Təhsil Nazirliyi, British Council ve Böyük Britaniya Səfirliyindən səhmdarlar və əməkdaşlar da iştirak edəcəklər.
KİV nümayəndələrini bu tədbirdə iştirak etməyə dəvət edirik. Xahiş edirik, saat 10.30-da qısa media-brifinqə qoşulasınız.
British Council-ın Azerbaycandakı ölkə üzrə direktoru cənab Samr Şah bildirib:
“British Council üçün “Resurs ve Təlim Mərkəzləri” kimi olduqca mühüm bir layihənin Bərdədə həyata keçirilməsi təqdirəlayiqdir. Bizim Təlim ve Resurs Mərkəzlərimiz artıq Azərbaycanın doqquz regionunu əhatə edir ve istedadlı tələbələrə ingilis dili üzrə danışıq qabiliyyətini, habelə gələcək karyeralarını inkişaf etdirməyə şərait yaradacaq.”
Daha ətraflı məlumat üçün: http://bit.ly/30r4KUf
Üç il ərzində Azərbaycanın məcburi köçkün icmalarından olan təqribən 17,200 gənc 600-dən çox təlim keçmiş müəllimin formal tədris prosesində öyrətdiyi təkmilləşmiş ingilis dili və əsas bacarıqların təlimi proqramından faydalanacaq.