Cümə 26 April 2019

British Council-ın Azərbaycandakı filialı Böyük Britaniyanın Azərbaycandakı səfirliyi və Park Cinema ilə əməkdaşlıq çərçivəsində beşinci "Britaniya Film Baharı" kinofestivalının başlandığını məmnuniyyətlə elan edir. Festival çərçivəsində ən məşhur, düşünməyə vadar edən və tənqidi qiymətini almış yeni filmləri Birləşmiş Krallıqdan Azərbaycana gətirmişik.

Britaniya Film Baharı festivalındakı filmlər 17-24 may tarixlərində Park Cinema tərəfindən Flame Towers binasında tamaşaçılara təqdim olunacaq və bununla da Azərbaycanda British Council-ın Müxtəliflik Həftəsi başa çatacaq. Biz The Favourite (Favorit), Dark River (Bulanıq Sular), Obey (Boyun Əy), The Happy Prince (Xoşbəxt Şahzadə), Disobedience (İtaətsizlik), On Chesil Beach (Çesil Sahilində), Colette (Kolet) daxil olmaqla, müxtəlif janrlarda çəkilmiş yeddi diqqətəlayiq və maraqlı filmləri nümayiş etdirəcəyik.

Britaniya Film Baharını 2019-cu ilin "Ən yaxşı film"inə görə Oskar mükafatına namizəd olan "The Favourite" filmi açacaq. Filmində baş rolun ifaçısı 2019-cu ilin Oskar mükafatının qalibi olmuş Olivia Colman-dır. Bütün filmlər Azərbaycan dilində subtitrlarla İngilis dilində nümayiş etdiriləcək. Biletlərin qiyməti hər film nümayişi üçün 2 AZN-dir. Biletləri həm elektron şəkildə www.parkcinema.az səhifəsindən, həm də "Park Cinema"nın kassalarından əldə etmək olar.

British Council Azərbaycandakı filialının direktoru Samr Şah qeyd edir: "2019-cu ildə Azərbaycanda keçiriləcək Britaniya Film Baharı, festivalın tarixində ən maraqlı və səbirsizliklə gözlənilən filmləri nümayiş etdirəcəkdir. Festivalın əsas mövzusu müxtəlifliyin və fərqliliyin qeyd edilməsidir. Biz bu illik ənənəni Böyük Britaniyanın Bakıdakı səfirliyi ilə birgə davam etdirməkdən, kinematoqrafiyanın bu nailiyyətlərini Azərbaycan tamaşaçıları ilə bölüşməkdən və hər iki ölkənin insanlarını bir araya gətirməkdən məmnunuq”.

Böyük Britaniya Azərbaycanda səfirinin müavini Philip Barclay qeyd edir: “Birləşmiş Krallıq hər zaman kino sənayesinin qlobal mərkəzi olmuşdur. «Taxt-tac oyunları» serialının son mövsumunda Britaniyanın aktyor sənətinin zənginliyi, eləcə də, bizim gözəl məkanlarımız və texniki təcrübəmiz bütün dünyaya nümayiş olunur. Mən sevinirəm ki, bu ilki Britaniya Film Baharı festivalında yer alan filmlər bizim tariximizdə indiyə qədər qapalı mövzu kimi qalmış fərqlilik hekayələrindən bəhs edirlər. Bu il mükafatlandırma mərasimində təltif edilmiş “Favorit” filmi bir çox tarixi xarakterlərin nə qədər fərqli olduqlarını bizə xatırladı.”

Park Cinema kinoteatrlarının direktoru Elnur Allahverdiyev qeyd edir: “British Film Spring kinofestivalı çərçivəsində British Council və Böyük Britaniya Səfirliyi ilə əməkdaşlıq etmək bizim üçün şərəfdir. Park Cinema «Hamı Üçün Kino» strategiyasını alqışlayır və bizim sevimli tamaşaçılarımız üçün əlçatanlığın və inklüzivliyin təmin edilməsi məqsədilə dəyişiklikləri hədəfə alan layihələri hər zaman böyük sevinc hissi ilə dəstəkləyir.”

Media nümayəndələri mayın 17-də, cümə günü saat 19.30-da Park Cinema Flame Towers binasında keçiriləcək mətbuat konfransına dəvət olunur. Bundan başqa, British Council Park Cinema tərəfdaşlıq ilə Azərbaycanın mədəniyyət xadimləri və mütəxəssisləri üçün seminar təşkil edəcək. Seminarın məqsədi British Council-in Bərabərlik, Müxtəliflik və İnklüzivlik siyasətinə uyğun olaraq Azərbaycanda daha əlçatan və inklüziv mədəni mərkəzlərin yaradılması üçün planı müəyyənləşdirməkdir.

British Council-ın Azərbaycandakı filialı fürsətdən istifadə edib göstərdikləri dəstəyə görə Böyük Britaniyanın Azərbaycandakı səfirliyinə və Park Cinema-ya öz təşəkkürünü bildirir. Britaniya Film Baharı festivalının tam cədvəli aşağıdakı səhifədə verilir. Bütün nümayişləri Azərbaycan Respublikasının Bakı şəhəri, M. Hüseyn küçəsi 1 ünvanındakı Park Cinema Flame Towers (Alov Qüllələri) binasında keçiriləcək.

Filmin Adı Həftənin günü Vaxt Tarix Zal
Favorit Cümə 19.00 17 may Zallar 3 və 5
Bulanıq Sular Şənbə 19.00 18 may Zal 5
Kolet Bazar 19.00 19 may Zal 5
Xoşbəxt Şahzadə Bazar Ertəsi 19.00 20 may Zal 5
İtaətsizlik Çərşənbə Axşamı 19.00 21 may Zal 5
Çesil Sahilində Çərşənbə 19.00 22 may Zal 5
Xoşbəxt Şahzadə (təkrar) Cümə Axşamı 19.00 23 may Zal 5
Boyun Əy Cümə 19.00 24 may Zal 5

Notes to Editor

Ətraflı məlumat üçün əlaqə saxlayın:

Dilarə İbrahimova│İncəsənət üzrə Menecer | British Council Azərbaycan | dilara.ibrahimova@britishcouncil.az

British Film Spring veb səhifəsi:

https://www.britishcouncil.az/programmes/arts/british-film-spring

About Park Cinema

Park Cinema – Azərbaycanda fəaliyyət göstərən yeganə kinoteatrlar şəbəkəsidir ki, burada IMAX və LaseR zalları mövcuddur. 35%-ə qədər endirimli tələbə və ailə tarifləri, çərşənbə axşamları tətbiq edilən «super günlər» dünya kinematoqrafının hər kəs üçün daha əlçatan olmasını təmin etmək məqsədi güdür. Biz təkcə məzmun üzərində işləmirik, həmçinin kino sahəsində ən yeni texnologiyaları Azərbaycanda təqdim edirik.

About the British Council

British Council Birləşmiş Krallığın mədəniyyət üzrə əlaqələr və təhsil imkanları sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatıdır. Biz 100-dən çox ölkədə incəsənət və mədəniyyət, ingilis dili, təhsil və mülki cəmiyyət sahələrində çalışırıq. Keçən il biz fəaliyyətimizə birbaşa olaraq 75 milyondan artıq, onlayn, yayımlar və nəşrlər də daxil olmaqla cəmi 758 milyon şəxs cəlb etmişik. Biz çalışdığımız ölkələrdə müsbət nəticələrə nail oluruq - imkanlar yaratmaqla, əlaqələr qurmaqla və inamı artırmaqla həyatları dəyişirik. 1934-cü ildə yaradılmış təşkilatımız Royal Charter və Birləşmiş Krallığın ictimai orqanı tərəfindən idarə olunan BK xeyriyyə təşkilatıdır. Aldığımız maliyyə vəsaitlərinin 15 faizi Birləşmiş Krallıq hökumətindən alınan subsidiyadır.