Çərşənbə axşamı 10 Sentyabr 2019

British Council-ın Azərbaycandakı ofisi Peşə Təhsili üzrə Dövlət AgentliyiTəhsil Nazirliyinin tərəfdaşlığı ilə peşə təhsili alan tələbələrin məşğulluq imkanlarının artırılması mövzusunda konfrans təşkil edir. Konfrans turizm-xidmət sahəsi üzrə kadrların təkmilləşdirilməsi və iş üzrə təcrübə proqramının tərkibinə daxildir və 13 sentyabr 2019-cu il tarixində saat 10:00-dan 13:00-dək Holiday Inn Hoteldə keçiriləcək.

Bu tədbirin məqsədi dövlət və özəl sektor tərəfdaşlığı üçün dayanıqlı mexanizmlərin inkişaf etdirilməsi və bilik mübadiləsi ilə bağlı müştərək müzakirələrin aparılması üçün şərait yaratmaq məqsədilə peşə təhsili müəssisələri ilə biznesləri bir araya gətirməkdir. Peşə təhsili müəssisələri ilə işəgötürənlər arasında uğurlu və dayanıqlı tərəfdaşlığın qurulması hələ 2016-cı ildə turizm-xidmət sahəsi üzrə kadrların təkmilləşdirilməsi və iş üzrə təcrübə proqramının məqsədlərinə daxil idi.

Bütün dünyada peşə təhsili müəssisələrinin qarşısında duran əsas məsələ bu müəssisələrdən məzun olan tələbələrin iş yeri və təcrübə imkanları tapa bilməsinin təmin edilməsidir. Bizneslər isə öz növbəsində təklif edilən məşğulluq imkanları üçün yaxşı hazırlığa malik olan yeni işçilər axtarışındadır. Peşə təhsili müəssisələri və bizneslər arasında tərəfdaşlıq işəgötürənlər, tələbələr və təhsil müəssisələrini bir araya gətirən "imkanlar körpüsü"nü qurmağa kömək edə bilər. Proqramımız perspektiv işəgötürənlərin yerli peşə təhsili müəssisələrində sillabusun/təlim kursunun strukturuna da töhfə verməsinə yardım edir. Konfrans Birləşmiş Krallığın peşə təhsili müəssisələrinin Birləşmiş Krallıqda və xaricdə bizneslərlə tərəfdaşlıq qurulması sahəsində böyük təcrübəsinə əsaslanacaq.

KİV nümayəndələrini bu tədbirdə iştirak etməyə dəvət edirik.

9-12 sentyabr 2019-cu il tarixində peşə təhsili mərkəzlərinin 20 seçilmiş müəllimi və 20 direktoru üçün kadr potensialının artırılmasına yönəlmiş dörd günlük təlim sessiyası təşkil edib. Qonaqpərvərlik və dayanıqlı dövlət-özəl sektor tərəfdaşlığının inkişaf etdirilməsi mövzusuna həsr edilmiş sessiya(lar) Birləşmiş Krallığın People1st şirkətinin baş təlimçisi Ceyn Norman tərəfindən aparılıb.

2019-2020-ci tədris illərində üç illik Turizm-xidmət sahəsi üzrə kadrların təkmilləşdirilməsi və iş üzrə təcrübə proqramı Bakı, Qəbələ, Gəncə, Qusar və İsmayıllıda yerləşən peşə təhsili müəssisələrində həyata keçiriləcək.

Notes to Editor

Əlavə məlumat əldə etmək üçün əlaqə saxlayın: Sevinc Ağazadə│Proqram üzrə koordinator | sevinj.aghazada@britishcouncil.az | T +994 (0) 12 497 1593

About the British Council

British Council Birləşmiş Krallığın mədəniyyət üzrə əlaqələr və təhsil imkanları sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatıdır. Biz Birləşmiş Krallıq və digər ölkələrin xalqları arasında dostluq və qarşılıqlı anlaşma münasibətləri yaradırıq. Biz bunu Birləşmiş Krallığa və birgə çalışdığımız ölkələrə müsbət töhfələr verərək - imkanlar yaratmaqla insanların həyatını dəyişərək, əlaqələr quraraq və inam yaradaraq edirik. Biz dünyanın 100-dən çox ölkəsində mədəniyyət və incəsənət, ingilis dili, təhsil və vətəndaş cəmiyyəti sahələrində fəaliyyət göstəririk. Keçən il 80 milyondan çox insana üz-üzə və ümumilikdə 791 milyon insana onlayn, yayımlar və nəşrlər vasitəsilə səsimizi çatdırmışıq. Təşkilatımız 1934-cü ildə təsis edilmişdir. Birləşmiş Krallığın Kral Xartiyası tərəfindən idarə edilən xeyriyyə təşkilatı və Birləşmiş Krallığın dövlət qurumuyuq.

www.britishcouncil.az