British Council imtahan nəzarətçi ehtiyaclarını yerinə yetirmək üçün təcrübəli və özünə güvənən insanları axtarır. Uğurlu namizədlər British Council nəzarətçi bazasına daxil ediləcəklər, Birləşmiş Krallığı və British Council-ı dəyərli bir tərəfdaş və təcrübə mənbəyi olaraq tanıtacaq və müştəri xidmətlərini British Council müştərilərinə təqdim edəcəklər.

Details

Maaş Saatda 6 AZN
İş saatları Ayda 25-30 saat
Son müraciət tarixi Çərşənbə 12 May 2021

Necə müraciət etməli

Qeyd etmək lazımdır ki, nəzarətçi British Council-da ayda təxminən 25-30 saat istəyə əsasən işləyəcəkdir. İş qrafiki sabit deyil və imtahanların və nəzarətçilərin mövcudluğundan asılı olacaqdır. Nəzarətçilər saatlıq ödənişli işçi kimi qəbul edilir və ödəniş saatı 6 AZN-dir.

Müraciət etmək üçün, müraciət formasını doldurun və göstərilən e-poçt ünvanına göndərin: HR1@britishcouncil.az

  • Son müraciət tarixi: 12 may 2021
  • İş başlama vaxtı: iyun 2021 

Müraciət edənlər müsahibə və İngilis dili səviyyəsi testinə əsasən seçiləcəklər (IELTS və ya başqa bir sertifikat varsa, təqdim edilə bilər).

Yalnız uğurlu müraciət edənlərlə əlaqə yaradılacaqdır. Bununla yanaşı, fürsətdən istifadə edərək British Council-da işləmək istəyini bildirənlərə təşəkkür etmək istərdik.

Seçilmiş namizədlərdən aşağıdakıları etmək tələb olunacaq:

  • bütün vergi öhdəliklərinin seçilməsi və işlənməsi barədə Vergi Departamentində və Sosial Fondda qeydiyyatdan keçmək,

  • ASAN Xidmətdən məhkumluq barədə arayışı təqdim etmək,

  • 3 arayış forması və 3 şəxsiyyət vəsiqəsi (şəxsiyyət vəsiqəsi, pasport, tələbə vəsiqəsi və ya digər fotoşəkil sənədi) təqdim etmək;

  • yerli bankda bank hesabı açmaq.