Date
Bazar 31 July 2016 - 00:00

Şekspirin ad gününə British Council və Azərbaycan Dövlət Rəssamlıq Akademiyası ilə birlikdə Şekspir mövzusunda toxunulmuş ən yaxşı xalça müsabiqəsi elan edir. Müsabiqənin şərti – üzərində Şekspir mövzusunda təsvir olan xalça modelləşdirməkdən ibarətdir; bu Şekspirin özünün, onun pyeslərindən hər hansı bir səhnənin təsviri, Şekspirin əsərlərindən qaynaqlanan abstraksiya da ola bilər. 

Azərbaycanın hər bir sakini bu müsabiqənin 3 kateqoriyasında iştirak edə bilər: peşəkar dizaynerlər, uşaqlar və bütün digərləri. İşləri Azərbaycan və Böyük Britaniya mütəxəssisləri qiymətləndirəcəklər. Birinci mərhələdə müsabiqə iştirakçıları onlayn olaraq ancaq öz eskizlərini, xalça rəsmlərini göstərəcəklər, qalib gəlmiş xalça isə toxunulacaq və Londonun V&A Muzeyinə göndəriləcək. Müsabiqənin mükafatları sırasına – Şekspirin "Qlobus" teatrı və Londonun məşhur muzeylərinin ziyarəti nəzərdə tutulan London səfəri daxildir. 

Son müraciət tarixi 31 iyul 2016-cı ildir.

Ətraflı məlumat əldə etmək üçün daxil olun.