On ikinci gecə

İstehsalçı ölkə: Birləşmiş Krallıq

İstehsal ili: 2012

Rejissor: Tim Karroll (Tim Carroll)

Rollarda: Stiven Fray (Stephen Fry), Mark Raylens (Mark Rylance), Semyuel Barnett (Samuel Barnett), Layam Brennan (Liam Brennan), Pol Çahidi (Paul Chahidi), Con Pol Konnolli (John Paul Connolly), İen Drisdeyl (Ian Drysdale), Conni Flinn (Johnny Flynn)  

Janr: teatr tamaşası

Dil: İngilis dili 

Tərcümə: rus dilində altyazılı

Davametmə müddəti: 3 saat 6 dəqiqə

Yaş həddi: 16+

Unudulmaz personajların yer aldığı "On ikinci gecə" komediyası həsrət və itirilmiş sevgiyə həsr olunmuş təsiredici tamaşadır. Şekspirin bir zamanlar bəstələdiyi musiqi əsərlərinin bir qismi sözügedən tamaşada səslənir. 1601-ci ildə "Globe" teatrında təqdim olunan geyimləri, musiqi parçalarını, rəqsləri və bədii tərtibatları tədqiq edən, yalnız kişilərin rol aldığı tamaşa. Mükafata layiq görülmüş aktyorlar Mark Raylens (Mark Rylance) və Stiven Fray (Stephen Fry).

Tamaşa 26 dekabr tarixində saat 19:00-da Nizami kino mərkəzində nümayiş olunacaq. Biletlərin qiyməti 12 AZN.