Yiyəsiz Torpaq

Ölkə: Böyük Britaniya

İl: 2016 il

Janr: tamaşa

Dil: ingilis

Tərcümə: rus dilində altyazı

Müddət: 2 saat 35 dəqiqə

Yaş məhdudiyyəti: 16

Tamaşanın Brodveydə uğurlu qastrollarından sonra İen MakKellen və Patrik Styuart Harold Pinterin möhtəşəm komediyasının quruluşu ilə Vest-Endə qayıdırlar.

Yay axşamlarından birində iki yaşlı yazıçı Hörst və Spuner, hərəyə 100 qram içki içmək üçün üçün Hempsteddəki pabda görüşürlər – və nəticədə içkiyə elə aludə olurlar ki, məclisə gecədən xeyli keçəndən sonra artıq Hörstün evində davam edirlər. Boşalan şüşələrin sayı artdıqca ədiblərin hekayələri daha da inanılmaz məcraya yön alır və tezliklə iki yaşlı dostun zərərsiz cəfəngiyyatı hədsiz gərginləşir. Evdə iki ciddi əhval-ruhiyyəli gənc peyda olduqdan sonra isə işlərin gedişatı daha kəskin şəkil alır. 

Tamaşadan sonra aktyorlarla və rejissor Şon Matiasla eksklüziv müsahibə göstəriləcəkdir.

Tamaşa 21 fevral tarixində saat 19:00-da Nizami kino mərkəzində nümayiş olunacaq. Biletlərin qiyməti 12 AZN-dir.