Frankenşteyn: Kamberbetç

Ölkə: Birləşmiş Krallıq

İl: 2011

Rejissor: Denni Boyl

Rollarda: Benedikt Kamberbetç, Conni Li Miller, Ella Smit, Con Killoran, Stiven Elliot, Karl Conson, Deniel Millar, Lizzi Uinkler və başqaları.

Janr: tamaşa

Dil: ingilis

Tərcümə: rus subtitrləri

Yaş məhdudiyyəti: 16 yaş

Doktor Viktor Frankenşteyn (Kamberbetç) müxtəlif ölmüş insanların hissələrindən yaratdığı bədənə həyat verir. Lakin yaratdığının eybəcərliyindən dəhşətə gələrək onu taleyin ümidinə buraxır. Tək-tənha, çox çirkin, uşaq kimi saf varlıq (Li Miller) dünyadan özünə inam və sevgi gözləyir, amma hər yerdə ancaq qəzəb, qəddarlıq və nifrətlə qarşılaşır. Tamamilə ruhdan düşərək, o, öz yaradıcısını tapmağa və ondan ən dəhşətli şəkildə qisas almağa and içir.

"Frankenşteyn: Kamberbetç"in nümayişi 16 noyabr tarixində saat 19:00-da, "Frankenşteyn: Li Miller"in isə 21 noyabr tarixində saat 19:00-da Nizami kino mərkəzində olacaq.