İstehsalçı ölkə: Birləşmiş Krallıq

Buraxılış ili: 2017

Janr: teatr tamaşası

Dil: İngilis dili

Tərcümə: ingilis dilində altyazılar, rus dilində altyazılar

Müddət: 2 saat 33 dəqiqə

Yaş həddi: 16+

"Bridge" (Körpü) Teatrının tamaşası

Pyesin müəllifi - Riçard Bin və Klayv Koulman

Rejissor - Nikolas Haytner

Dizayn - Mark Tompson

İşıqlandırma - Merk Henderson

Ses rejissoru - Pol Arditti

Bəstəkar - Qrant Oldinq

Döyüş səhnələrinin rejissoru - Keyt Uoters 

Aktyorlar və personajlar:

Gənc Marks - Rori Kinner

Fridrix Engels - Oliver Kris

Riçard Bin və Klayv Koulmanın müəllifi olduğu yeni komediyada Rori Kinner ("Üçqəpiklik opera" (The Threepenny Opera),  Qorxulu nağıllar (Penny Dreadful), Otello) "Marks" obrazını, Oliver Kris (On ikinci gecə (Twelfth Night), Yaşıl qanad (Green Wing)) isə "Engels" obrazını canlandırır.

Tamaşa London şəhərinin "Bridge" (Körpü) Teatrının səhnəsindən canlı yayımla nümayiş olunacaq. Rejissor Nikolas Haytner məşhur "Bir xidmətçi, iki cənab" (One Man, Two Guvnors) komediyasını səhnələşdirən yaradıcı heyətlə birlikdə tamaşaya quruluş verib. 

1850-ci il, Avropanın ən təhlükəli inqilabçısı Soho şəhərində, Din Stritdə gizlənir.  Otuz iki yaşlı Marks qəpik-quruşsuz qalsa da, avara kimi dolaşsa da, parlaq intellektə, iti zəkaya malikdir və uşaq kimi emosionaldır.

Kreditorlar, casuslar, rəqib inqilabçı qruplaşmalar və onun gözəl həyat yoldaşını başdan çıxarmağa çalışan potensial düşmənlər leşyeyən qarğalar kimi baş qəhrəmanın ətrafında dolanır. Yazı imkanının olmaması, evliliyinin sona çatması və dostu Engelsin öz istedadından məharətlə istifadə edə bilməməsi səbəbindən ümidsizliyə qapılması vəziyyəti daha da çətinləşdirir, Marksın yeganə ümid yeri dəmiryolunda iş olur.

Lakin nə olur-olsun, Karl Henrix Marks əylənməyə və içki aludəçiliyinə davam edir.