Bağçalar rəsmlərdə: Monedən Matissə qədər

İl: 2016

Ölkə: Birləşmiş Krallıq

Rejissor: Phil Grabsky

Janr: sərgi filmi

Müddət: 93 dəq.

Yaş məhdudiyyəti: 12+

Klod Mone ən tanınmış bağçılıq mütəxəssislərindən biri və incəsənət tarixində bağları rəsmə alan ən görkəmli rəssam olub. Lakin o, bu marağında tək deyildi. Bağlar Van Qoq, Bonnar, Sorolla, Sargent, Pisarro və Matiss kimi tanınmış rəssamların da əsərlərinin əsas mövzusu idi. Bu dahi rəssamların və bir çox digər tanınmış  rəssamların əsərləri Kral Akademiyasının Londonda təşkil etdiyi yeni və böyük sərgidə təqdim olunur.

Film sərgi divarlarındakı bəzəklərdən tutmuş rəssamların Jivernidəki və Zeebüldəki bağlarına qədər heç bir detalı diqqətsiz qoymur. O, izləyiciləri Monenin müasirlərinin ekspressiv motivləri, abstrakt rəngləri, dekorativ dizaynı və utopik ideyaları araşdırmaq üçün yaratdığı və yetişdirdiyi heyrətamiz bağların seyrinə çıxmaq üçün möcüzəli bir səyahətə aparır. XX əsrin əvvəllərinin impressionist, post-impressionist və avanqard rəssamlarının bu gözoxşayan kolleksiyası kuratorlar, rəssamlar və bağçıların köməyi ilə müasir bağların kütləvi mədəniyyətdə təşəkkülündən və ictimaiyyətin günümüzdə də bağlara olan marağından bəhs edəcək.  Rənglərin, işığın və ab-havanın ifadə edilməsi üçün ən gözəl məkan hesab edilən bağlar dünyanın bir çox dahi rəssamlarının yaradıcı ağıllarına hakim olub. Monenin dediyi kimi, “Rəssamlıq və bağçılığı nəzərə almasaq, mən heç nə bacarmıram”. Film bu görkəmli sənətkar kimi rəssamlıq və bağçılıqla maraqlananlar üçün idealdır.