Daşqın

Ölkə: Birləşmiş Krallıq
İl: 2016
Janr: dram
Rejissor: Houp Dikson Liç 
Yaş məhdudiyyəti:  16+
Müddət: 83
Dil: ingilis
Tərcümə: rus dilində alt yazı

Klover çoxdandır ki, doğma fermasından köçüb gedib, anası dünyasını dəyişib, atası ilə artıq uzun illərdir ki, danışmır. Lakin yenidən bədbəxtlik baş verir - onun kiçik qardaşı Harri dünyasını dəyişir və Klover ora qayıtmalı olur. Evə qayıdan qız bu yaxınlarda baş vermiş daşqının fermanı demək olar ki, yerlə bir etdiyini görür. Ard-arda baş verən faciələrin əldən saldığı atası isə öz varlığının kölgəsinə çevrilib. Sağ qalan iki ailə üzvü aralarında olan münasibətləri yenidən qaydaya salmalıdır.

Biletlərin qiyməti 2 AZN-dir və biletləri Nizami Kino Mərkəzinin kassalarından əldə edə bilərsiniz.

Mükafatlar və festivallar:

London Beynəlxalq Film Festivalı - debüt filmlər müsabiqəsinin iştirakçısı