Ölkə: Birləşmiş Krallıq |
İl: 2016 |
Janr: komediya |
Rejissor: Reyçel Tyunnard |
Yaş məhdudiyyəti: 16 |
Müddət: 96 dəq |
Dil: ingilis |
Tərcümə: Azərbaycan dilində alt yazılı |
Annanın yaşı 30-a çatır və onun həyatı istədiyi kimi deyil. O, nifrət etdiyi işdə çalışır, anasının bağçasındakı anbarda yaşayır və baş rollarını öz baş barmaqları oynayan qısa video çarxlar çəkir. Doğum gününə bir həftə qalmış anası ona ultimatum verir: 30 yaşı tamam olana qədər anbardan köçməli, normal qızlarda olduğu kimi saç düzümü və qarderob seçməli - ümumiyyətlə, öz həyatını səhmana salmalıdır. Lakin səni əsl mənada anlayan yeganə şəxs vestern dəlisi olan səkkiz yaşlı qonşu oğlandırsa, bu, ilk baxışda məntiqli tələblərin yerinə yetirilməsi elə də asan deyil.
Biletlərin qiyməti 2 AZN-dir və biletləri Nizami Kino Mərkəzinin kassalarından əldə edə bilərsiniz.