Ölkə: Birləşmiş Krallıq
İl: 2016
Janr: qrafik roman  
Rejissor: Rocer Meinvud 
Yaş: 1 6 
Müddət: 86 dəq
Dil: ingilis
Tərcümə: rus dilində altyazı

London şəhərində süd satmaqla çörək pulu qazanan Ernest Briqqs qulluqçu Etel ilə1928-ci ildə evlənir. Bu evlilikdən cütlüyün 1934-cü ildə Reymond adlı övladı dünyaya gəlir. İkinci dünya müharibəsinin başladığı dövrdə Etel oğulunun Dorset əyalətində yaşayan xalalarının yanına aparılmasına göz yaşları içində razılıq verir. Həmin ərəfədə Ernest yanğından mühafizə xidmətinə qoşulur və şahidi olduğu qətliam onu dəhşətə gətirir. Döyüşlər başa çatdıqdan sonra onlar Reymondun evə qayıdışı, məktəbə başlaması və Etelin sosializmə, ümumilikdə tərəqqiyə şübhə ilə yanaşmasına baxmayaraq, "ümummilli rifah dövləti"nin yaranması şərəfinə bayram keçirirlər. Reymond hərbi xidməti başa vurduqdan sonra incəsənət kollecində müəllim vəzifəsində çalışır. O, şizofreniya xəstəliyindən əziyyət çəkən Jan ilə ailə quran anasına görə çox narahat olur. Etel onları tərk etdikdən sonra ata və oğul bir-birini təsəlli edir, lakin çox keçmir ki, Reymond atasını torpağa tapşırır. Etel və Ernestin adları Reymondun onların həyatına həsr etdiyi təsirli hekayədə əbədiləşdiriləcəkdir.  

Əllə çəkilmiş bu cizgi filmi Reymond Briqqsin mükafata layiq görülmüş qrafik romanı əsasında hazırlanmışdır. Burada onun valideynlərinin həyatı və yaşadığı dövr səmimi və nəvazişkar ruhda təsvir olunur, London şəhərinin iki sadə sakininin başına gələn qeyri-adi hadisələrdən söhbət açılır.

Biletlərin qiyməti 2 AZN-dir və biletləri Nizami Kino Mərkəzinin kassalarından əldə edə bilərsiniz.