| 31 iyul tarixinə qədər qeydiyyatdan keçib 5% erkən qeydiyyat endirimindən yararlana bilərsiniz! |
“Primary Plus” 6-10 yaşlı uşaqlar üçün nəzərdə tutulmuş ingilis dili kursudur. Bu proqram uşaqların xəyal gücünü gücləndirmək üçün hazırlanıb. Müasir tədris materiallarımız və əyləncəli öyrənmə mühitimiz uşaqların ingilis dilində özünə inamla və səlis danışmasına kömək edir.
Niyə valideynlər bizi seçir:
- 90 ildən artıq təcrübə
Hər il milyonlarla insanın etibar etdiyi, dünyanın hər yerində tətbiq olunan sınaqdan keçmiş materiallar və metodlar. - Ekspertlərlə çalışmaq
Bütün müəllimlərimiz Cambridge Universiteti tərəfindən verilən beynəlxalq CELTA sertifikatına sahibdir. - Onlayn Öyrənmə Mərkəzi (Learning Hub)
Bu platforma sayəsində övladınız dərsdən əvvəl və sonra da öyrənməyə davam edir. Müstəqil, öz tempində və təhlükəsiz onlayn mühitdə. - Dünyanın hər yerindən dostlar
Dünyanın müxtəlif ölkələrindən olan British Council şagirdləri ilə ingilis dilində ünsiyyət quraraq beynəlxalq dostlar qazanmaq şansı. - Rahat və Təhlükəsiz öyrənmə mühiti
Tədris Mərkəzimiz Avropa Azərbaycan Məktəbində yerləşir. Uşaqların təhlükəsizliyi və öyrənməsi üçün nəzərdə tutulmuş, tam təchizatlı kampusdur. - Komanda işi, problem həlletmə və kommunikasiya bacarıqların inkişafı
Övladınızın qlobal dünyada uğur qazanması üçün lazım olan özünəinam və insan münasibətləri bacarıqları. - Akademik inkişafın izlənilməsi
Müntəzəm yazılı hesabatlar övladınızın akademik nailiyyətləri barədə sizə aydın məlumat verir.
TƏQVİM:
|
Akademik il
|
22 Sentyabr 2026 – 29 May 2027
|
| Tədris müddəti | 32 təqvim həftəsi |
|
Qış tətili
|
31 Dekarb 2026 – 4 Janvar 2027
|
| Bir dərsin müddəti |
90 dəqiqə
|
| Dərs cədvəli — Seçim 1 |
Çərşənbə axşamı və Cümə axşamı, 17:00–18:30
|
| Dərs cədvəli — Seçim 2 |
Çərşənbə axşamı və Cümə axşamı, 18:45–20:15
|
| Dərs cədvəli — Seçim 3 |
Şənbə günü, 09:00–12:15 (fasilələrlə)
|
Boş yerlər mövcud olduqda yeni şagirdlər akademik il başlayandan sonra da dərslərə qoşula bilərlər.
Kursun qiyməti:
| Tam akademik il | Hissə-hissə ödəniş zamanı qiymət (4 dəfəyə) | |
| Oflayn | 2070 AZN | 2300 AZN (4 ödəniş×575 AZN) |
| Onlayn | 1872 AZN | 2080 AZN (4 ödəniş×520 AZN) |
Ödəniş bütün akademik ili əhatə edir. Əgər siz dərslərə akademik il başladıqdan sonra qoşulursunuzsa, ödəniş qalan dərs saatlarına uyğun yenidən hesablanır.
Eyni ailədən olan 2 və ya daha çox uşaq proqrama qoşulduğu halda əlavə 5% endirim tətbiq edilir ümumi ödənişə.
“Primary Plus” kursu üçün lazım olan tədris materialları British Council tərəfindən ödənişsiz təmin edilir.
| +994 10 234 18 20 nömrəsi ilə bizimlə birbaşa əlaqə saxlaya bilərsiniz. İş saatlarımız: Bazar ertəsi – Cümə, 10:00–18:00. |